Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin hakimi F.N.Babayevin səlahiyyətlərinə
xitam verilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini,
habelə "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan
Respublikası Qanununun 23-cü maddəsini rəhbər tutaraq
qərara alıram:
Fikrət Nağı oğlu Babayevin
öz ərizəsinə əsasən Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin hakimi səlahiyyətlərinə
xitam verilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
8 oktyabr 2012-ci il
Azərbaycan.-2012.-
9 oktyabr.- S. 7.