Bakı şəhəri Binəqədi
Rayon Məhkəməsinin hakimi S.O.Məmmədovanın
hakim səlahiyyətlərinə xitam verilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Bakı şəhəri Binəqədi
Rayon Məhkəməsinin hakimi Sevil Oqtay qızı Məmmədovanın
öz ərizəsinə əsasən hakim səlahiyyətlərinə
xitam verilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
8 oktyabr 2012-ci il
Azərbaycan.-2012.-
9 oktyabr.- S. 7.