Tərtərdə Heydər
Parkı və Heydər Əliyev Mərkəzi yenidənqurmadan
sonra açılmışdır
Oktyabrın 7-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Tərtərdə yenidənqurmadan
sonra istifadəyə verilən Heydər
Parkının və buradakı Heydər Əliyev Mərkəzinin
açılışında iştirak etmişdir.
Parkın ərazisini
gəzən dövlət başçısına məlumat verildi ki, ölkəmizin hər
yerində olduğu kimi,
ulu öndər Heydər Əliyevin xatirəsi
tərtərlilər tərəfindən də əziz tutulur. Rayon sakinlərinin
və qonaqların sevimli istirahət
guşəsi olan Heydər Parkı müasir üslubda, gözoxşayan memarlıq ənənələrinə
uyğun şəkildə yenidən qurulmuşdur. Aparılan yenidənqurma işləri
nəticəsində 2 hektar ərazidə
dekorativ gül və ağac kolları əkilmişdir. Burada yeni oturacaqlar
quraşdırılmış, müasir
işıqlandırma sistemi
yaradılmışdır. Əhalinin səmərəli
istirahəti üçün hərtərəfli
şəraitin mövcud olduğu
parkda yaşıllıq zolağı daha da genişləndirilmişdir.
Prezident İlham Əliyev
parkın əvvəlki və sonrakı görüntülərini,
eləcə də Tərtər rayonunda
görülən abadlıq-quruculuq işlərini əks etdirən
fotostendlərə baxdı.
Bildirildi ki, parkın giriş qapısı tağbənd üslubunda işlənilmiş, iki fəvvarə, iki su kanalı, müasir tipli iki çay
evi, yeddi körpü yaradılmışdır. Parkda dekorativ ağaclar və gül
kolları əkilmişdir. Yay aylarında
sakinlərin mənalı istirahəti və əylənmələri
üçün parkın ərazisində
açıq havada 450 yerlik
xüsusi salon
yaradılmışdır. Parkda müasir memarlıq üslubunda
Heydər Əliyev Mərkəzi inşa olunmuşdur.
Heydər
Əliyev Mərkəzi ilə tanış olan
dövlət başçısının diqqətinə
çatdırıldı ki, milli memarlıq elementlərindən istifadə
olunmaqla müasir texnologiyalara uyğun inşa edilən mərkəzin ikimərtəbəli
binasının tikinti sahəsi 432 kvadratmetrdir. Birinci mərtəbədə ulu öndər Heydər Əliyevin irsinin gənc nəsillərə
ötürülməsi üçün konfrans zalı, kompyuter mərkəzi,
elektron kitabxana
yaradılmışdır. Tədris siniflərində
ümummilli lider Heydər
Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi
ilə yanaşı, ulu öndərin mədəniyyətə,
incəsənətə, idmana və digər
sahələrə diqqət və qayğısını əks
etdirən məlumatlar veriləcəkdir. Bundan
əlavə, mərkəzdə xarici dillər
otağı və rəsm studiyası da
yaradılmışdır. Burada gənc nəslin
müasir texnoloji
yeniliklərlə yaxından tanış olmalarına,
onların bilik və
bacarıqlarının daha yaxşı inkişaf etdirilməsinə yönələn
kurslar təşkil olunacaqdır.
Ulu öndərin büstünün
qoyulduğu mərkəzin ikinci
mərtəbəsində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini
əks etdirən muzey də
yaradılmışdır. Burada ulu öndərin müxtəlif illərdə
ölkəmizin ayrı-ayrı bölgələrinə səfərləri,
keçirdiyi görüşləri əks
etdirən fotoguşələr də
yaradılmışdır. Tərtərlilər ümummilli liderin
xilaskarlıq missiyasını heç zaman unutmur və onun xatirəsini əziz tuturlar.
Ümumilikdə mərkəz ulu öndər
Heydər Əliyev irsinin öyrənilməsində
mühüm rola malikdir. Rayon əhalisinin mərkəzin
imkanlarından yararlanması üçün
bütün lazımi şərait
yaradılmışdır.
Görülmüş işlərdən
razılığını bildirən Prezident İlham Əliyev
tapşırıq və tövsiyələrini verdi.
AzərTAc
Azərbaycan.-2012.-
9 oktyabr.- S. 2.