Tərtərdə Dövlət
Bayrağı meydanı ilə tanışlıq
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev oktyabrın 7-də Tərtərdə
Dövlət Bayrağı meydanında yaradılan şəraitlə
tanış olmuşdur.
Prezident İlham
Əliyevə məlumat verildi ki, şəhərin Bərdə
istiqamətindəki girişində bir hektara yaxın ərazidə
yaradılan Dövlət Bayrağı meydanı yüksək
səviyyədə inşa edilmişdir. Burada
quraşdırılan bayraq dirəyinin
hündürlüyü 65 metr, bayrağın uzunluğu 14,
eni isə 7 metrdir. Dövlət bayrağı Tərtərin
bir çox yerindən aydın görünür. Düşmən
tapdağında olan torpaqlarımızla az bir məsafədə
yerləşən möhtəşəm meydanda Azərbaycanın
Dövlət Bayrağının dalğalanması
qürurverici haldır.
Meydanda geniş
abadlıq-quruculuq işləri həyata keçirilmiş,
yaşıllıq zolaqları salınmış, müxtəlif
dekorativ ağaclar və gül kolları əkilmişdir.
Burada həmçinin istirahət guşələri
yaradılmış, iki fəvvarə
quraşdırılmış, oturacaqlar qoyulmuşdur. "Ana
və uşaq" istirahət mərkəzinin inşa edildiyi
meydanın istinad divarları mərmər və digər bəzək
daşları ilə üzlənmişdir ki, bu da əraziyə
xüsusi gözəllik verir. Müasir işıqlandırma
sistemi axşam saatlarında bu ərazini daha da cəlbedici
edir.
Azərbaycan Prezidenti Dövlət
Bayrağı meydanında yaradılmış şəraitdən
məmnunluğunu bildirdi.
AzərTAc
Azərbaycan.-2012.-
9 oktyabr.- S. 4.