ATƏT PA-nın payız
sessiyasında ermənilərə layiqli cavab verilmişdir
Oktyabrın 6-da ATƏT Parlament
Assambleyasının payız sessiyası öz işini
"Müvafiq idarəetmənin təşviqində KİV-lərin
rolu" mövzusunun müzakirəsi ilə davam
etdirmişdir.
İclasa sədrlik edən ATƏT PA sədrinin
müavini xanım Uta
Tsapf ATƏT tərəfindən qəbul olunmuş sənədlərdə mətbuat, informasiya, fikir
azadlığı, jurnalistlərin təhlükəsizliyi ilə
bağlı müddəaların əksini
tapdığını bildirmişdir.
Sonra Albaniya parlamentinin
üzvü, Təhsil və kütləvi
informasiya vasitələri üzrə parlament komissiyası sədrinin müavini Mark Marku, "Transperansy İnterneşnl" təşkilatının
Albaniya üzrə icraçı direktoru Lutfi Dervişi və ATƏT-in Skopyedəki
missiyasının rəhbəri Ralf Bretin məruzələri dinlənilmişdir.
Qırğızıstan,
Albaniya, Niderland, Fransa, Latviya, Ermənistan,
İtaliya, İrlandiya
və digər ölkələrin nümayəndə heyətlərinin
üzvləri müasir dövrdə informasiya texnologiyalarının
yayılmasının müsbət və mənfi təsirlərindən
danışmışlar.
Müzakirələr
zamanı Ermənistan nümayəndə heyətinin rəhbəri
Artaşes Qeqamyan yenə
də Azərbaycanı Xocalı sakinlərini qətlə
yetirməkdə və Ramil Səfərovu
əfv edərək qəhrəman kimi qələmə
verməkdə günahlandırmışdır.
Azərbaycan parlament nümayəndə heyəti bu dəfə də ermənistanlı
deputatların layiqli cavabını vermiş, onların təxribatlarının
qarşısını almışlar.
ATƏT
PA-da Azərbaycan nümayəndə heyətinin
üzvü Azay Quliyev çıxış edərək
Xocalı soyqırımının Ermənistan silahlı birləşmələri
tərəfindən törədildiyini konkret
faktlarla iclas
iştirakçılarının diqqətinə
çatdırmış, Ermənistan prezidenti
Serj Sarkisyanın Xocalı
soyqırımının
ermənilər tərəfindən törədildiyini etiraf etməsi faktını xüsusi
qeyd etmişdir.
Sonra A.Quliyev Azərbaycan
ordusunun zabiti Ramil Səfərovun verilməsi və əfv
olunması ilə əlaqədar məsələyə də
aydınlıq gətirmişdir. Bildirilmişdir
ki, R.Səfərovun Azərbaycana verilməsi
və əfv edilməsi beynəlxalq hüquq
normalarına tam cavab verir. Ona görə də Ermənistan rəsmilərinin
Ramil Səfərov məsələsindən
bəhanə kimi istifadə edərək
beynəlxalq aləmi çaşdırmaq cəhdləri əbəsdir. Ramil Səfərov
məsələsi bitmişdir və bundan sonra müzakirə
olunmamalıdır.
Milli Məclisin deputatı Ermənistanın bu
cür hərəkətlərinin bölgədə
sülhün təmin olunmasına ciddi zərbə vurduğunu
qeyd etmiş, Ermənistan
rəsmilərini regiondakı gərginliyi artırmamağa və
qarayaxma kampaniyasından çəkinməyə
çağırmışdır. Azərbaycanlı
deputatın çıxışı digər
iştirakçılar tərəfindən razılıqla
qarşılanmışdır.
Həmin gün ATƏT Parlament
Assambleyasının Daimi komitəsinin də
iclası keçirilmişdir. Azərbaycan nümayəndə heyətinin rəhbəri
xanım Bahar Muradovanın iştirak
etdiyi iclasda təşkilatın
maliyyə məsələləri, üzv
dövlətlərin üzvlük
haqları, ATƏT PA-nın xüsusi
nümayəndələrinin fəaliyyəti və seçkilərə
müşahidə missiyaları haqqında məlumatlar
dinlənilmişdir.
ATƏT-in Demokratik Təsisatlar və İnsan
Haqları Bürosu ilə ATƏT-in PA
arasında əməkdaşlıq, seçki
monitorinqi sahəsində iki
qurum arasındakı fikir
ayrılığı da diqqət mərkəzində
olmuşdur.
Tədbirin sonunda Türkiyə nümayəndə heyətinin
rəhbəri Emin Onen
tərəfindən təqdim edilmiş
Türkiyə-Suriya sərhədindəki hadisələrə dair qətnamə qəbul edilmişdir.
Oktyabrın 6-da
Azərbaycan parlamentinin ATƏT PA-dakı
nümayəndə heyətinin rəhbəri, Milli
Məclis Sədrinin müavini Bahar Muradova ATƏT
PA-nın Sədri Rikkardo Milyori
ilə görüşmüşdür.
Görüşdə
ATƏT PA ilə Milli Məclis
arasındakı əməkdaşlığın pespektivləri
müzakirə olunmuşdur. B.Muradova ATƏT PA-nın ötən il
Dubrovnikdə keçirilmiş payız
sessiyasında Dağlıq Qarabağ
münaqişəsinə həsr edilmiş
xüsusi dinləmələrin davamı olaraq, məsələnin gələcəkdə
də geniş müzakirələrə
çıxarılacağına və problemin
xırda elementləri ilə bağlı debatlara
yol verilməyəcəyinə əmin olduğunu bildirmişdir.
Xanım B.Muradova R.Milyoriyə Milli Məclisin
parlamentinin Sədri Oqtay Əsədovun Azərbaycana rəsmi səfərə
dəvət məktubunu təqdim etmişdir.
AzərTAc
Azərbaycan.-2012.-
9 oktyabr.- S. 8.