Daşınmaz əmlakın vahid kadastrı, qeydiyyatı və idarə edilməsinə dair elektron sistem yaradılır
Ulu öndər Heydər Əliyevin möhkəm təməl üzərində yaratdığı
və zamanın sınağından çıxan
siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilməsi nəticəsində ölkəmiz
bu gün həm forma, həm də məzmun etibarilə yeni inkişaf mərhələsinə
qədəm qoymuşdur.
Dünya dövlətlərini
narahat edən hazırkı qlobal maliyyə böhranına baxmayaraq, ölkəmizdə
tənzimlənən bazar
iqtisadiyyatının qanunlarının
tətbiqi ilə formalaşan iqtisadi münasibətlər, iqtisadiyyatda
dövlət inhisarçılığının
ləğvi Azərbaycanın
milli iqtisadiyyatının
dinamik və davamlı inkişaf yolu ilə irəliləməsinə
səbəb olmuşdur.
Məlum olduğu
kimi, keçmiş sovetlər məkanında
daşınmaz əmlak
obyektlərinin (torpaq,
zavod və fabriklər, təbii sərvətlər və
s.) mütləq əksəriyyəti
dövlətin müstəsna
mülkiyyətində idi.
Ona görə də dövlətin əmlak məsələlərinə
dair siyasəti çox sadə və hamıya bəlli olmuşdur. Bugünkü vəziyyət
isə fərqlidir. Çoxmülkiyyətli vətəndaş
cəmiyyəti qurduğumuz
üçün mülkiyyət
məsələsi bu gün daha qabarıq
şəkildə gündəmdədir.
Belə şəraitdə
əmlak məsələlərinə
dair siyasətin hazırlanması və həyata keçirilməsi,
çoxşaxəli əmlak
münasibətlərinin tənzimlənməsi
dövlətin prioritet
sahəsini təşkil
edir.
Hazırda Azərbaycan
tənzimlənən bazar
iqtisadiyyatının qanunları
ilə yaşayır və bu səbəbdən
mülkiyyətçilərin (dövlətin, yerli özünüidarəetmə orqanlarının,
vətəndaşların) özlərinin mülkiyyətləri
üzərində müstəsna
maraqları vardır:
mülkiyyətlərində olan əmlakın sivil idarəetməsini təmin etmək, onların qorunub saxlanılması şərti
ilə idarəetmədən
daha çox mənfəət götürmək
və s. Amma dövlət digər mülkiyyətçilərdən fərqli olaraq, ümumdövlət əhəmiyyəti
kəsb edən maraqlarını qoruyur. Bu
maraq ölkəmizin hüdudları daxilindəki
bütün əmlak növlərinin mülkiyyət
mənsubiyyətindən asılı
olmayaraq düzgün idarə edilməsinə, əmlak münasibətlərinin
dövlətçiliyimizin möhkəmləndirilməsinə, ölkə iqtisadiyyatının
qüdrətlənməsinə, hər bir Azərbaycan
vətəndaşının və ailəsinin rifah halının yaxşılaşdırılmasına xidmət edir.
Lakin bir
sıra hallarda idarəetmə orqanları
sərəncamlarında olan
daşınmaz əmlak
obyektləri barədə
idarəetmə üçün
zəruri sayılan bir sıra məlumatlara
malik olmadıqlarından
əmlakların idarə
edilməsi ilə bağlı qərar çıxarmada problemlərlə
üzləşirlər. Odur
ki, Azərbaycan hökuməti sivil dünya ölkələrinin
qabaqcıl təcrübələrinə
istinad edərək əmlak idarəçiliyinin
təkmilləşdirilməsi, əmlak münasibətlərinin
tənzimlənməsi istiqamətlərində
ciddi addımlar atır.
XXI əsrdə əmlak münasibətlərinin
idarə edilməsinə
dair bütün məsələlər elmin
son nailiyyətlərinə söykənməli, idarəetmədə
ən yeni texnologiyalar tətbiq olunmalıdır. Daşınmaz
əmlak obyektinin elmi əsaslarla idarə olunması isə onun sistemli,
hərtərəfli şəkildə
tədqiqini tələb
edir. Bu tədqiqin məzmun və mahiyyəti ölkədə
mövcud olan bütün daşınmaz
əmlak obyektləri barədə elektron məlumat bazasını özündə ehtiva edən daşınmaz əmlakın vahid dövlət kadastrının
tərtibindən və
aparılmasından ibarətdir.
Qabaqcıl dünya
ölkələrinin daşınmaz
əmlakın kadastrı
sahəsindəki təcrübələrinin
təhlili göstərir
ki, məlumatların toplanması, emalı və saxlanması sahələrindəki təkrarçılığı
aradan qaldırmaqla əmək və maliyyə xərclərində
qənaətə nail olmaq
mümkündür. Artıq
Avropa ölkələrinin
əksəriyyətində ayrı-ayrı sahəvi kadastrların daşınmaz
əmlakın dövlət
kadastrında, vahid informasiya məkanında cəmləşdirilməsi prosesi
yekunlaşmışdır.
İnkişaf etmiş
ölkələrin təcrübəsinə əsaslanan Azərbaycan
dövləti də ölkədə daşınmaz əmlakın
vahid dövlət kadastrının tərtibinə
və aparılmasına qərar vermişdir.
Azərbaycanda mülkiyyət münasibətlərinin
nizamlanması, daşınmaz əmlakın elmi
əsaslarla idarə edilməsinə yönələn dövlət
əhəmiyyətli kadastr işlərinin icrasını həyata
keçirmək üçün Prezident İlham Əliyevin
24 iyun 2009-cu il tarixli "Azərbaycan Respublikası Əmlak
Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin
təmin edilməsi haqqında" fərmanı ilə Əmlak
Məsələləri Dövlət Komitəsinin tabeliyində
Daşınmaz Əmlakın Kadastrı və Texniki
İnventarlaşdırma Mərkəzi təsis edilmişdir və bu gün Azərbaycanda Əmlak Məsələləri
Dövlət Komitəsi tərəfindən artıq müasir dünya təcrübələrinə
əsaslanan yeni kadastr
sistemi formalaşdırılır. Ölkədə
daşınmaz əmlakın kadastrı sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üçün normativ-hüquqi
baza yaradılır, özəl kadastr mərzçəkənlər institutu formalaşdırılır, beynəlxalq
əməkdaşlıq çərçivəsində kadastr sahəsində qabaqcıl dünya təcrübəsi öyrənilir,
müxtəlif beynəlxalq layihələr həyata keçirilir, ölkəmizin kadastr
sisteminə ən müasir texnika və texnologiyalar gətirilir.
Ümumiyyətlə, qabaqcıl dünya
ölkələrinin təcrübələrinə istinad etməklə ölkə üzrə
daşınmaz əmlakın vahid dövlət
kadastr məlumat bazasının
yaradılması işinin tamamlanması,
daşınmaz əmlakın kadastrının elektron
məhsullarının hazırlanması, daşınmaz əmlak
obyektlərinin vahid dövlət kadastr uçotuna
alınması, elektron xidmətlərin
göstərilməsi, daşınmaz əmlakın kadastrı
və əmlak üzərində hüquqların qeydiyyatı
sahələrində vahid elektron
informasiya sisteminin
yaradılması ölkədə daşınmaz əmlakın
kadastrı fəaliyyətinin inkişaf hədəfləri
kimi müəyyənləşdirilmişdir.
Bu gün Əmlak
Məsələləri Dövlət Komitəsi (ƏMDK)
daşınmaz əmlakın vahid dövlət
kadastrının, qeydiyyatının, ünvan
reyestrinin tərtibi və aparılması
sahələrində qabaqcıl dünya
ölkələrinin təcrübələrinin öyrənilməsi
və əməkdaşlıq əlaqələrinin
qurulması istiqamətində ciddi işlər
görür. Azərbaycan hökümətinin
maliyyə vəsaiti hesabına "Sumqayıt şəhəri
üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat
bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi" layihəsi
artıq başa çatmaq
üzrədir. Bundan əlavə,
"Bakı şəhəri üzrə daşınmaz əmlaklar
haqqında elektron kadastr
məlumat bazasınn yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi" layihəsinin
birinci mərhələsinin icrasına da başlanılmışdır. Layihə
açıq tenderin qalibi
olmuş Türkiyənin "Kutlubey Harita İnşaat Mühendislik
Sanayi Ticaret" Anonim Şirkəti tərəfindən həyata
keçirilir. İcra
müddəti 12 ay olan
layihənin birinci mərhələsi
çərçivəsində Sabunçu
və Suraxanı rayonlarında mövcud olan daşınmaz əmlak obyektləri barədə
elektron kadastr məlumat
bazası yaradılacaq, həmin rayonların rəqəmsal kadastr xəritələri tərtib ediləcək.
Bu müddət ərzində həmçinin
Bakı şəhərinin digər 9 rayonunun
daşınmaz əmlaka dair rəqəmsal
kadastr xəritələrinin tərtibi üçün zəruri kameral
hazırlıq işləri görüləcək. Ümumiyyətlə,
yaxın 2 il ərzində paytaxtda
daşınmaz əmlak obyektlərinin, şəhər təsərrüfatının
idarə edilməsinə, əmlak üzərində
hüquqların qeydiyyatına və digər məqsədlərə
xidmət edəcək müfəssəl məlumat
bazasının yaradılması ən vacib
vəzifələrdəndir. Yaxın 3 il ərzində
isə Sumqayıt, Bakı, Gəncə şəhərləri
və Şəki rayonu üzrə
"mükəmməl kadastr"ın, respublikamızın
digər şəhər, rayon, qəsəbə
və kəndləri üzrə "sadə kadastr"ın
yaradılmasına nail olmaq
niyyətindəyik. Sonrakı illərdə "mükəmməl
kadastr"ın yaradılması işləri ölkənin bütün ərazisini əhatə edəcək.
Yeri gəlmişkən qeyd
edək ki, Azərbaycan və Almaniya hökumətləri arasındakı
"Maliyyə Əməkdaşlığı
haqqında" sazişə əsasən, Əmlak Məsələləri
Dövlət Komitəsi ilə Almaniyanın KFW Bankı
arasında bağlanmış müqavilə şərtlərinə
uyğun olaraq, Gəncə
şəhərində və Şəki rayonunda
"Kadastr və daşınmaz əmlakın
qeydiyyatı" layihəsinin birinci
fazasına dair işlər də artıq
yekunlaşmışdır.
Bunlardan savayı, 2007-ci ildən ölkəmizdə
Dünya Bankının maliyyə dəstəyi
ilə "Daşınmaz əmlakın qeydiyyatı" layihəsi
həyata keçirilir. Layihənin idarə
edilməsinə və həyata keçirilməsinə ABŞ-dan, Avropa
İttifaqı ölkələrindən kadastr
və daşınmaz əmlak üzərində
hüquqların dövlət qeydiyyatı sahəsində böyük təcrübəyə malik alimlər, mütəxəssislər cəlb
olunmuşlar. Layihə çərçivəsində
ölkədə daşınmaz əmlakın kadastrını
tərtib edən ƏMDK-nın tabeliyində olan
Daşınmaz Əmlakın Kadastrı və Texniki
İnventarlaşdırma Mərkəzinin, daşınmaz əmlak
üzərində hüquqların dövlət qeydiyyatına
alınmasını həyata keçirən ƏMDK
yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin maddi-texniki
bazalarının möhkəmləndirilməsi, onların müvafiq proqram təminatlarıyla
təchiz edilməsi, bu sistemə müasir texnikanın və texnologiyanın gətirilməsi
istiqamətlərində mühüm
işlər görülmüşdür.
İstər dövlət orqanlarında, istərsə də
özəl qurumlarda kadastr
işində çalışan işçilərin peşəkarlıq
səviyyələrinin artırılması, qabaqcıl dünya ölkələrinin bu
sahədəki iş təcrübələrinin
öyrənilməsi üçün
layihənin dəstəyi ilə müxtəlif kurslar, treninqlər, Avropa
ölkələrinə ezamiyyətlər təşkil edilmişdir.
Bu gün inkişaf etmiş ölkələrin
əksəriyyətində müasir informasiya-kommunuikasiya texnologiyalarının tətbiqi
ilə mükəmməl daşınmaz əmlak kadastrı,
qeydiyyatı və idarə edilməsi sistemi
mövcuddur. Vətəndaşlara "vahid pəncərə" sistemi
ilə xidmət göstərən bu
şəbəkə yerli xüsusiyyətlər
nəzərə alınmaqla respublikamızda da
qurulur və bu istiqamətdə
ciddi addımlar atılır.
"Daşınmaz
əmlakın qeydiyyatı" layihəsi çərçivəsində
yaradılan Daşınmaz Əmlakın Kadastrı,
Qeydiyyatı və İdarə Edilməsi İnformasiya
Sistemi (DƏKQİİS) bir
çox ümumdövlət və regional idarəetmə məsələlərinin
həllinə dəstək verəcək. Sistemin
məlumatlarından müxtəlif mərkəzi icra hakimiyyəti, yerli
özünüidarəetmə orqanları, hüquqi
və fiziki şəxslər müxtəlif
məqsədlər üçün
istifadə edəcəklər. Sistem, ilk növbədə, hüquqi
münasibətlərin tənzimlənməsi sahəsində informasiya rolunu oynacaq. Belə ki, bu sistem fiziki
və hüquqi şəxslərin, Azərbaycanın ayrı-ayrı subyektlərinin, bələdiyyələrin
daşınmaz əmlak üzərində
hüquqlarının dövlət və məhkəmə
müdafiəsinin, habelə hüquq
subyektləri arasında əmlak
hüquqlarının bölgüsü prosesini informasiya dəstəyi
ilə təmin edəcək.
Daşınmaz əmlakın
vahid dövlət kadastrı mülkiyyət
növündən, mənsubiyyətindən, habelə təyinatından
asılı olmayaraq bütün
növ daşınmaz əmlak obyektlərini
kadastr uçotuna almaqla ölkənin
və bələdiyyələrin büdcələrinin
formalaşdırılmasında xüsusi
yüklərə malik torpaq
və əmlaka dair vergitutma
bazasının genişləndirilməsinə xidmət edəcək,
əmlakın fərdi və kütləvi bazar
qiymətləndirilməsinə şərait yaratmaqla
vergitutma fəaliyyətini təkmilləşdirəcək,
əmlak bazarını intensivləşdirəcək. Dövlət
ehtiyacları üçün bələdiyyə
və xüsusi mülkiyyətdə olan torpaq sahələri,
habelə torpaq sahəsi ilə
bağlı daşınmaz əmlak (sututarlar,
meşələr, çoxillik əkmələr,
tikililər, qurğular və bu kimi digər obyektlər)
obyektlərinin (onun müəyyən hissəsinin)
mülkiyyətçidən könüllü
və ya məcburi qaydada
əvəzi ödənilməklə dövlət tərəfindən
satın alınması, habelə həm istifadədə, həm
də icarədə olan dövlət
torpaqlarının müvafiq istifadəçidən
və ya icarəçidən geri
alınması zamanı kompensasiyanın həcmi müəyyənləşdirilərkən bu informasiya sisteminin məlumatlarından
istifadə ediləcək. Sistem ölkədə
bank sektorunun və
sığorta sisteminin inkişafına da dəstək verən informasiya
mənbəyi olacaq. Belə ki, sonradan hüquqi
quvvəyə minən dayanıqlı kadastr
məlumatlarının mövcudluğu ipoteka predmeti olan daşınmaz əmlak obyektlərinin ipoteka bazarına cəlbini daha
şəffaf edəcək, ipoteka kreditləşməsinin
inkişafına təkan verəcək.
Sistem əmlak idarəçiliyində də
əvəzsiz rol oynayacaq.
Belə ki, əmlak
planlaşdırılması və əmlak idarəçiliyi
üçün zəruri olan
informasiyanın əsasını daşınmaz əmlakın
kadastr uçotu məlumatları
təşkil edir. İri
infrastruktur layihələrinin həyata
keçirilməsi və ya digər səbəblər
üzündən daşınmaz əmlak obyektlərinin yenidən
qurulması, təşkili, formalaşdırılması
zamanı idarələrarası (sahələrarası)
qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi
kadastr məlumat bazası əsasında təmin
olunacaq. Daşınmaz əmlak obyektləri
üzərində dövlət, bələdiyyə nəzarətlərinin
həyata keçirilməsi, daşınmaz əmlakın vəziyyəti
və istifadəsi ilə bağlı monitorinqlərin
aparılması, ölkənin, onun
ayrı-ayrı bölgələrinin, bələdiyyələrin
ərazilərinin planlaşdırılmasına, funksional zonalaşdırılmasına,
yaşayış məntəqələrinin inkişaf
planlarına dair tədbirlər də
daşınmaz əmlakın vahid dövlət
kadastrının dayanıqlı və davamlı məlumat
bazasına istinadən həyata keçiriləcək.
Elektron məlumat bazası icra
və qanunvericilik orqanlarının
strukturlarını, məhkəmələri, bankları, fiziki və hüquqi şəxsləri,
bələdiyyələri qanunvericilikdə müəyyən edilmiş qaydalar çərçivəsində
dövlət tərəfindən mövcudluğu
tanınmış kadastr uçotu
obyektləri barədə dolğun kadastr məlumatları ilə təchiz edəcək.
Bu baza həmçinin
ölkədə ünvan, əhali, hüquqi şəxslərin reyestri
ilə informasiya mübadiləsi aparmağa, onlara
daşınmaz əmlak obyektləri ilə bağlı kadastr informasiya dəstəyi
verməyə imkan yaradacaq.
Məlumat
bazasından, ilk növbədə,
daşınmaz əmlak üzərində hüquqların
qeydiyyatı sistemi bəhrələnəcək.
Məlumatların elektron şəkildə
mövcudluğu mülkiyyət üzərində
hüquqların qeydiyyatı sisteminin sadələşdirilməsinə
şərait yaradacaq, daha
çox sayda
hüquqların dövlət tərəfindən
tanınmasına və qorunmasına zəmanət verəcək.
Eləcə də DƏKQİİS-in təşkili yaxın
gələcəkdə vətəndaşlarımızın
daşınmaz əmlak bazarında apardığı əməliyyatlar
zamanı üzləşdikləri vaxt itkisi ilə bağlı problemlərinin aradan qaldırılmasına imkan
verəcək. Bir sözlə, dövlət
orqanlarının informasiya
bazalarının qarşılıqlı inteqrasiyasının
yaradılması, elektron xidmətlərin
təşkili, bütövlükdə "Elektron
hökümət" sistemində fəaliyyət
baxımından daşınmaz əmlakın vahid
kadastrı, qeydiyyatı və idarə edilməsinə dair elektron sistem
əvəzsiz mənbə rolunu oynayacaq.
Ünvan reyestrinin tərtibi
və aparılması da əmlak idarəetməsində
çox böyük praktiki əhəmiyyət kəsb edən məsələdir.
Çünki ünvan
sahəsindəki çatışmazlıqlar fəaliyyətləri
bilavasitə ünvanlarla sıx
bağlı olan müxtəlif
orqanların iş rejimini
bəzən pozur, onların fəaliyyətlərinin
səmərəliliyini azaldır, hətta bu
fəaliyyəti iflic vəziyyətinə
salır. "Azərbaycan Respublikası Prezidentinin
2008-ci il 27 noyabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin
aparılması və daşınmaz əmlak obyektlərinə
ünvan verilməsi Qaydaları"nda dəyişikliklər
edilməsi barədə" Prezidentin
2012-ci il 10 fevral tarixli fərmanı ilə 2013-cü il yanvarın 1-dən daşınmaz əmlak
obyektlərinə ünvan verilməsi sahəsində
yeni yanaşma - giriş ünvanı konsepsiyası tətbiq olunacaq. Bundan əlavə,
Prezidentin "Azərbaycan
Respublikasında ünvan reyestrinin
aparılması ilə bağlı tədbirlər
haqqında" 2012-ci il 18 iyul
tarixli sərəncamı ilə
ayrılmış maliyyə mənbəyi əsasında nəqliyyat
infrastrukturu obyektlərinin adlarını
və daşınmaz əmlak obyektlərinin nömrələrini
əks etdirən lövhələrin sənaye üsulu
ilə hazırlanması və yerləşdirilməsi istiqamətində
tədbirlər həyata keçirilir.
Ölkə ərazisində
ünvan reyestrinin
aparılması üçün
qabaqcıl dünya ölkələrinin təcrübəsi
və müasir informasiya-kommunikasiya
texnologiyaları əsasında
avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiq edilməsinə zərurət
yaranır. Bu məqsədlə ƏMDK ünvan reyestrinin tərtibi
və aparılması sahəsində qabaqcıl dünya ölkələrinin təcrübələrinin
öyrənilməsi, əməkdaşlıq əlaqələrinin
qurulması istiqamətində mühüm
işlər görür. Belə ki, ünvan reyestrinin yaradılması işinin
vacibliyini nəzərə alaraq
Norveç Krallığının "Statens Kartverk" təşkilatı
ilə "Azərbaycanda ünvan reyestrinin informasiya sisteminin yaradılması" qrant
layihəsinin icrası Azərbaycan höküməti tərəfindən
məqsədəuyğun hesab edilmişdir. Layihənin ümumi
məqsədi ünvan məlumatlarının
daxil edilməsi, saxlanılması və
istifadəçilərə yayılması üçün
istifadə olunacaq Ünvan
Reyestri İnformasiya Sisteminin yaradılmasıdır. Ünvan reyestrinin tərtibi
və aparılması, eləcə də ünvan
lövhələrinin yerləşdirilməsi nəticəsində
ünvanlar haqqında istənilən anda müfəssəl məlumat əldə
etmək imkanı yaranacaq, axtarış sistemi sadələşəcək,
daşınmaz əmlaka yeni ünvan verilən zaman
daşınmaz əmlakın ünvanının dəqiq təyin
olunmasına şərait yaranacaq, poçt xidmətlərində, eləcə də
əhali tərəfindən lazımi ünvanların
axtarışında vaxt itkisinin
qarşısı alınacaq,
müxtəlif xidmət sahələrinin fəaliyyətində,
eyni zamanda, təcili tibbi yardım, fövqəladə hallar və s. xidmətlərin
fəaliyyəti zamanı operativlik təmin
ediləcək, referendum, seçkilər
zamanı seçici
siyahılarının tərtibi daha dəqiq
həyata keçiriləcək, qarışıq düşmüş unvan
problemlərinin həll edilməsi və yeni
təkrarolunmaz ünvanların verilməsinə zəmin yaranacaq.
Ölkədə
mövcud olan sağlam işgüzar mühit, uzun illərə
hesablanmış işlər üçün
hədəfin düzgün seçimi, layihələrin həyata
keçirilməsi zamanı elmin təcrübə
ilə vəhdətinin təmin olunması, qarşıya
çıxan problemlərin qısa zaman kəsiyində
həlli, sivil dünya
təcrübəsinə istinad əminlik
yaradır ki, böyük
bilik və bacarıq, maliyyə vəsaiti
tələb edən daşınmaz əmlakın kadastrına,
qeydiyyatına və ünvan reyestrinə dair işlər müvəffəqiyyətli həllini
tapacaq. Bütün bunlar isə ölkədə əmlak
münasibətlərinin sivil
inkişafına, daşınmaz əmlakın kadastrı və
qeydiyyatı sisteminin müasirləşdirilməsinə
və nəhayət, əmlakın elmi əsaslarla
idarə edilməsinə zəmin yaradacaq.
Ramiz QULİYEV,
ƏMDK-nın Daşınmaz Əmlakın
Kadastrı və Texniki İnventarlaşdırma
Mərkəzinin direktoru, professor
Azərbaycan.-2012.-
9 oktyabr.- S. 11.