Azərbaycan Prezidenti İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz üzrə regional irektoru Henri Keralini qəbul
etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da
Dünya Bankının Cənubi Qafqaz üzrə regional
direktoru Henri Keralini qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə
Dünya Bankı arasında 20 illik əlaqələrin
inkişafından məmnunluq ifadə edildi, ölkəmizlə
əməkdaşlığın böyük potensiala malik
olduğu və Dünya Bankının bu əməkdaşlığı
daha da dərinləşdirilməkdə maraqlı olduğu
vurğulandı, Azərbaycanın əldə etdiyi yüksək
iqtisadi uğurların önəmi qeyd edildi.
Görüşdə həmçinin
infrastruktur, bərpa olunan enerji, içməli su təminatı,
su ehtiyatları və suvarma sistemləri, Xəzər dənizindən
suvarma məqsədi ilə istifadə, müasir texnologiyaya əsaslanan
kənd təsərrüfatı müəssisələrinin
yaradılması, yerlərdə sahibkarlığın
inkişafına dəstək, iqtisadiyyatın şaxələndirilməsi,
bir sıra sahələrdə islahatların davam etdirilməsi
və Azərbaycanın prioritet hesab etdiyi digər istiqamətlərdə
əməkdaşlığın daha da genişləndirilməsi
ilə bağlı məsələlər ətrafında
fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.-2012.-
10 oktyabr.- S. 6.