Bakı Beynəlxalq Humanitar
Forumunun iştirakçıları Şəkiyə səfər
etmişlər
İkinci
Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarının bir qrupu oktyabrın 7-də
Şəki şəhərində olmuşdur.
AzərTAc xəbər verir ki, 130 nəfərlik qrupun
tərkibinə dünyanın bir sıra
ölkələrini, beynəlxalq qurumları təmsil edən
tanınmış ictimai-siyasi xadimlər,
elm adamları daxil
idilər.
Şəkiyə
səfərləri çərçivəsində qonaqlar şəhərin görməli yerlərini
gəzmiş, tarixi-memarlıq abidələri ilə
tanış olmuşlar.
Azərbaycan
memarlığının şah əsərlərindən
olan Şəki xanlarının sarayı
ilə tanışlıq forum
iştirakçılarının xüsusilə böyük marağına səbəb olmuşdur. Qonaqların diqqətinə
çatdırılmışdır ki,
Şərq memarlığının nadir
incisi hesab olunan bu saray
XVIII əsrə aid dünya
əhəmiyyətli nadir tarixi-memarlıq
abidəsidir. Saray 1761-1762-ci illərdə tikilmişdir.
İnşaat texnologiyasına görə dünyada bənzəri olmayan
bu sarayın tikintisində mismar
və yapışqandan istifadə olunmamışdır. Üç yüz kvadratmetr ərazisi olan
ikimərtəbəli sarayda 6 otaq, 4 dəhliz və 2 güzgülü
eyvan vardır. Sarayın divar rəsmləri əsasən həndəsi
və nəbati naxışlardan ibarətdir. İkinci
mərtəbədəki otaqların tavan
və divarlarını bəzəyən döyüş
və ov səhnələri xüsusilə
diqqəti cəlb edir.
Qonaqlar sarayın eyvanından Şəkinin
qədim məhəllələrini seyr etmiş, sarayın önündə xatirə
şəkilləri çəkdirmişlər.
Sarayın həyətindəki
yaşı 500-ə çatan qoşa Xan
çinarları qonaqlarda böyük
maraq doğurmuşdur.
Onların diqqətinə çatdırılmışdır
ki, bu il
iyulun əvvəllərində Şəki
xanları sarayının 250 illik yubileyi böyük təntənə
ilə qeyd olunmuşdur.
Forum iştirakçıları
sarayın həyətində Şəki şirniyyatları ilə
bəzədilmiş çay süfrəsinə
qonaq edilmişlər.
Şəkiyə
səfərləri çərçivəsində forum iştirakçıları Kiş kəndindəki qədim alban məbədini də ziyarət etmişlər.
Qonaqların diqqətinə
çatdırılmışdır ki, məbəd
eramızın I əsrində Qafqaz
Albaniyasında geniş yayılan Ay məbədinin özülü
üzərində qurulmuşdur. Əhəng
daşından tikilən bu abidə erkən
orta əsrlərdə yaranan
ilk günbəzli, zal
tipli məbəddir. 2001-2003-cü illərdə
məbəddə Azərbaycan-Norveç birgə layihəsi
üzrə bərpa işləri aparılmışdır.
Layihə məşhur Norveç alimi Tur Heyerdalın dəstəyi
ilə həyata keçirilmişdir. Alimin xatirəsini əbədiləşdirmək
məqsədilə məbədin yanında onun
büstü qoyulmuşdur.
Məbəd tarixi-memarlıq abidəsi kimi
dövlət tərəfindən qorunur.
Məbədin
içərisindəki Yaloylutəpə mədəniyyətinə
aid nümunələr, orta
Tunc-antik dövrünə aid
saxsı qablar, həyətindəki ilkin orta əsrlərə
aid sərdabalar qonaqların
marağına səbəb olmuşdur.
Forum iştirakçıları daha sonra XVIII əsrin sonu - XIX əsrin əvvəllərində inşa edilmiş
"Yuxarı Karvansaray" mehmanxana kompleksi ilə
tanış olmuşlar.
Məlumat verilmişdir ki, Şərq
memarlığı üslubunda tikilmiş bu karvansaray şəhərin "Yuxarı baş" Tarix-Memarlıq Qoruğunun
ərazisində yerləşir. Ümumi
sahəsi 6 min kvadratmetr
olan bu kompleks
300-ə yaxın otaq və zirzəmidən
ibarətdir. Hazırda bu abidə mehmanxana kimi fəaliyyət
göstərir. Şəhərin qonaqları burada
qalmağa daha çox üstünlük
verirlər.
Daha sonra forum iştirakçıları
karvansarayın həyətində Şəki Musiqi
Kollecinin kamera
ansamblının ifasında maraqlı konsert
proqramını izləmişlər.
Qədim Şəki ilə
tanışlıq Bakı Beynəlxalq Humanitar Forumunun
iştirakçılarının ürəyincə
olmuşdur. Qonaqlar Şəkidən xoş təəssüratlarla
ayrılmışlar.
Azərbaycan.-2012.-
10 oktyabr.- S. 8.