Azərbaycanda korrupsiyaya
qarşı mübarizə sahəsində görülmüş
işlər müsbət qiymətləndirilmişdir
Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralovun rəhbərlik
etdiyi nümayəndə heyəti Strasburqda işgüzar səfərdə
olmuşdur.
Baş Prokurorluğun mətbuat xidmətindən
AzərTAc-a bildirmişlər ki, səfər
çərçivəsində Azərbaycan nümayəndə
heyəti bir sıra görüşlər
keçirmiş, ölkəmizdə həyata
keçirilən məhkəmə-hüququ islahatları, antikorrupsiya tədbirləri barədə
müzakirələr aparmışlar. Bildirilmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə
ölkəmizdə korrupsiyaya qarsı
mübarizə sahəsində, xüsusən də, antikorrupsiya qanunvericiliyinin
təkmilləşdirilməsi və mövcud
beynəlxalq konvensiyaların müddəalarına
uyğunlaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Dövlət
başçısının siyasi iradəsinə
uyğun olaraq
2003-cü ildə Azərbaycan Respublikası Avropa
Şurasının "Korrupsiya ilə əlaqədar
cinayət məsuliyyəti haqqında" Konvensiyasına qoşulmuşdur.
Azərbaycan Respublikasının cinayət
qanunvericiliyində edilmiş dəyişikliklərə
əsasən Avropa Şurasının
"Korrupsiya ilə əlaqədar cinayət
məsuliyyəti haqqında Konvensiya"sının 5-ci (xarici vəzifəli şəxslərin
rüşvətlə ələ alınması), 6-cı (xarici dövlətlərin seçkili
orqanları üzvlərinin rüşvətlə ələ
alınması), 10-cu (beynəlxalq parlament
assambleyaları üzvlərinin rüşvətlə ələ
alınması) və 12-ci (nüfuz alveri) maddələrinə dair
Azərbaycan Respublikası tərəfindən edilmiş
qeyd-şərtlərin ləğvi və Avropa
Şurasının "Korrupsiya ilə əlaqədar
cinayət məsuliyyəti haqqında
Konvensiya"sının 2003-cü il 15 may
tarixli Əlavə Protokoluna
(milli dövlət arbitrlərinin
rüşvət istəməsi, xarici
arbitrlərin, milli və xarici
münsiflərin rüşvətlə ələ
alınması) sözügedən sənədin Azərbaycan
Respublikasının işğal olunmuş ərazilərində tətbiq edilməyəcəyi
barədə bəyanat ilə qoşulması ilə əlaqədar
ölkədaxili prosedurlar Azərbaycan
Respublikası Prokurorluğu tərəfindən
həyata keçirilmişdir.
Korrupsiyaya qarşı mübarizə sahəsində
prokurorluq orqanlarının üzərinə
mühüm vəzifələrin
qoyulması nəzərə alınaraq Prezident
İlham Əliyevin 2012-ci il
30 avqust tarixli sərəncamı
ilə Avropa Şurasının "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti
haqqında Konvensiya"sına Əlavə Protokolu
Azərbaycan Respublikası
adından müvafiq bəyanatla imzalamaq səlahiyyəti Azərbaycan
Respublikasının baş prokuroruna həvalə edilmişdir.
Baş prokuror Zakir Qaralov oktyabrın 8-də Konvensiyanın Əlavə
Protokolunu Avropa
Şurasının mənzil qərargahında
imzalamışdır.
İmzalanma mərasimində Avropa
Şurası yanında Azərbaycan Respublikası nümayəndəliyinin
müvəqqəti işlər vəkili C.Mirzəyev, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin
rəisi K. Əliyev və baş prokurorun köməkçisi V.Səmədov iştirak etmişlər.
Baş prokuror Z.Qaralov Avropa
Şurasının baş katibinin
müavini xanım Gabriella
Battaini-Draqoni ilə ikitərəfli görüş keçirmişdir.
Görüşdə Prezident
İlham Əliyevin siyasi
iradəsinə uyğun olaraq
korrupsiyaya qarşı mübarizə sahəsində
həyata keçirilmiş qanunverici və institusional
tədbirlər, o cümlədən
Açıq Hökumətin təşviqinə və Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün
Milli Fəaliyyət Planı, Azərbaycan
Respublikasının Prezidenti
yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyinin
yaradılması və funksiyaları barədə ətraflı
məlumat verilmiş, habelə ölkəmizdə
korrupsiyaya qarşı mübarizə sahəsində
görülmüş işlərdən
bəhs edən kitabçalar
paylanmışdır.
Ölkəmizdə korrupsiyaya
qarşı mübarizə sahəsində aparılmış
mütərəqqi dəyişikliklər müsbət qiymətləndirilmiş,
Azərbaycan Respublikası ilə Avropa Şurasının
Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO)
arasındakı uğurlu əməkdaşlıq xüsusi
qeyd edilmiş, bu əməkdaşlığın gələcəkdə
də davam etdiriləcəyinə əminlik ifadə
olunmuşdur.
Azərbaycan.-2012.-
10 oktyabr.- S. 11.