TANAP layihəsinə dair Saziş qüvvəyə minmişdir

 

 Türkiyədə TANAP layihəsinə dair Azərbaycan ilə imzalanmış Saziş qüvvəyə minmişdir.  "Rəsmi qəzet"də Türkiyə Prezidenti Abdullah Gülün bununla əlaqədar Nazirlər Kabinetinin qərarının təsdiq olunmasına dair sərəncamı dərc olunmuşdur.

Sərəncamda bildirilir ki, cari il sentyabrın 10-da Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş və Xarici İşlər Nazirliyinin məktubu ilə göndərilmiş 25 oktyabr 2011-ci il tarixdə imzalanan və 29 iyun 2012-ci il tarixli 6349 saylı qanunla təsdiq olunmuş Saziş qüvvəyə minmişdir.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.-2012.- 11 oktyabr.- S.4.