Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
№ 221 Bakı şəhəri, 10 oktyabr
2012-ci il
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 23 aprel tarixli 76 nömrəli qərarı
ilə təsdiq edilmiş "Orta ixtisas təhsilinin dövlət
standartı və proqramı"nda dəyişikliklər
edilməsi haqqında
Azərbaycan
Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci
abzasını rəhbər tutaraq, "Təhsil
haqqında" Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli
156 nömrəli Fərmanında dəyişikliklər edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin
2012-ci il 19 aprel tarixli
610 nömrəli Fərmanının 2.1.3-cü yarımbəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti QƏRARA
ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2010-cu il 23 aprel tarixli 76 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010, № 4, maddə 366) ilə təsdiq edilmiş "Orta ixtisas təhsilinin dövlət standartı və
proqramı"nda aşağıdakı dəyişikliklər
edilsin:
1.1. 7.5-ci bəndin
dördüncü abzası
aşağıdakı redaksiyada verilsin:
"Tələbələrin
biliyinin attestasiyasının, o cümlədən yekun
attestasiyasının aparılması qaydaları Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən
müəyyənləşdirilir.";
1.2. 8.2.3-cü
yarımbəndin ikinci abzası
aşağıdakı redaksiyada verilsin:
"Pedaqoji prosesin təşkili,
tədris planlarının hazırlanması və təsdiqi orta ixtisas təhsili müəssisələri
tərəfindən həyata keçirilir.
Fənn proqramları və metodik
təminatla bağlı tövsiyələr Azərbaycan
Respublikasının Təhsil Nazirliyi, təlimin
nəticələrinin qiymətləndirilməsi və monitorinqin aparılması qaydaları Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən
müəyyənləşdirilir.";
1.3. 8.4-cü bənd
aşağıdakı redaksiyada verilsin:
"8.4. Orta ixtisas təhsilinin
ayrı-ayrı ixtisasları üzrə təhsil
proqramları aşağıdakı tədris-metodiki sənədlər
əsasında həyata keçirilir:
8.4.1. nümunəvi
tədris planı;
8.4.2. işçi
tədris planı;
8.4.3. istehsalat
təcrübələrinin keçirilməsinə, buraxılış
işlərinin yerinə
yetirilməsinə, tələbələrin
yekun dövlət attestasiyasına dair metodik göstərişlər;
8.4.4. fənn
proqramları;
8.4.5. fənlər
üzrə işçi-tədris
proqramları (sillabus);
8.4.6. fənlər
üzrə tapşırıqların
yerinə yetirilməsinin
cədvəli;
8.4.7. dərsliklər,
əyani vasitələr,
təklif olunan ədəbiyyatın siyahısı;
8.4.8. nəzəri
və praktiki məşğələlərin planı;
8.4.9. fənnin
öyrənilməsi ilə
bağlı tövsiyələr;
8.4.10. kurs
işlərinin (layihələrinin),
laborator və qrafik işlərin yerinə yetirilməsinə,
istehsalat təcrübələrinin
yekunları barədə
hesabatların hazırlanmasına
dair metodiki tövsiyələr;
8.4.11. tələbələrin
biliyinin qiymətləndirilməsi
üçün tədris-metodiki
materiallar (yoxlama və test tapşırıqları,
imtahan biletləri, tələbələrin müstəqil
hazırlığı üçün
suallar və s.);
8.4.12. fənnə
aid proqram və
multimedia vasitələri;
8.4.13. ixtisaslaşmış
auditoriya, kabinet və laboratoriyaların, tədris emalatxanalarının
siyahısı.
Bu dövlət standartının 8.4.1-ci, 8.4.3-cü yarımbəndlərində nəzərdə
tutulmuş sənədlər
Azərbaycan Respublikasının
Təhsil Nazirliyi,
8.4.2-ci, 8.4.4-8.4.13-cü yarımbəndlərində
nəzərdə tutulan
sənədlər orta
ixtisas təhsili müəssisələri tərəfindən
müəyyənləşdirilir və təsdiq edilir.".
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.-2012.-
11 oktyabr.- S.5.