Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹
222 Bakı şəhəri, 10 oktyabr 2012-ci il
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2009-cu il 13 yanvar tarixli
9 nömrəli qərarı ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasının ümumtəhsil sistemində
qiymətləndirmə Konsepsiyası"nda dəyişikliklər
edilməsi barədə
"Təhsil
haqqında" Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli
156 nömrəli Fərmanında dəyişikliklər edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin
2012-ci il 19 aprel tarixli 610 nömrəli Fərmanının
2.1.3-cü yarımbəndinin icrasını təmin etmək
məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2009-cu il
13 yanvar tarixli 9
nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹
1, maddə 30) ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasının ümumtəhsil sistemində
qiymətləndirmə Konsepsiyası"nın 2.3-cü bəndində
aşağıdakı dəyişikliklər edilsin:
1.1.
birinci hissədə ", Azərbaycan
Respublikasının Təhsil Nazirliyində qiymətləndirilir,
məzunlara şəhadətnamə və attestatların
verilməsi təmin edilir" sözləri
"qiymətləndirilir" sözü
ilə əvəz edilsin və bu hissəyə aşağıdakı məzmunda
ikinci cümlə əlavə edilsin:
"Azərbaycan
Respublikasının Təhsil Nazirliyi məzunlara
şəhadətnamə və attestatların verilməsini təmin
edir.";
1.2. ikinci hissənin dördüncü
abzasının ikinci cümləsində "Azərbaycan
Respublikasının Təhsil Nazirliyi" sözləri
"Azərbaycan Respublikasının Tələbə Qəbulu
üzrə Dövlət Komissiyası" sözləri ilə
əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2012.-
11 oktyabr.- S.5.