Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərar
¹ 223 Bakı
şəhəri, 10 oktyabr 2012-ci il
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq
edilmiş "Təhsil müəssisələrinin
akkreditasiyası Qaydaları"nda dəyişiklik edilməsi
haqqında
Azərbaycan
Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci
abzasını rəhbər tutaraq, "Təhsil
haqqında" Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli
Fərmanında dəyişikliklər edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin
2012-ci il 19 aprel tarixli 610 nömrəli Fərmanının
2.1.3-cü yarımbəndinin icrasını təmin etmək
məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 28 sentyabr tarixli 167 nömrəli qərarı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 9,
maddə 833; 2012, ¹ 6, maddə 624) ilə təsdiq edilmiş
"Təhsil müəssisələrinin akkreditasiyası
Qaydaları"nın 4.1-ci bəndinin birinci abzasına
"göstərilənləri" sözündən sonra
", habelə ümumtəhsil fənləri üzrə təhsilalanların
biliyinin yekun qiymətləndirilməsinin
(attestasiyasının) nəticələrini" sözləri
əlavə edilsin.
Artur
RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
AzərbaycaN.-2012.-
11 oktyabr.- S.5.