Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 225 Bakı şəhəri, 10 oktyabr 2012-ci il
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli
5 nömrəli qərarı ilə təsdiq edilmiş
"Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə
dəyişiklik edilməsi haqqında
"Təhsil
haqqında" Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli
156 nömrəli Fərmanında dəyişikliklər edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin
2012-ci il 19 aprel tarixli 610 nömrəli Fərmanının
2.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti QƏRARA
ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 1,
maddə 58; 2012, ¹ 1, maddə 34) ilə təsdiq edilmiş
"Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nin
4.15-ci bəndində "keçirilməsi qaydaları səlahiyyətləri
üzrə Azərbaycan Respublikasının Nazirlər Kabineti
və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən
müəyyən edilir" sözləri
"aparılması qaydaları Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən
müəyyən edilir" sözləri ilə əvəz
edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2012.-
11 oktyabr.- S.5.