Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

 ¹ 226 Bakı şəhəri, 10 oktyabr 2012-ci il

 

 "Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 yanvar tarixli 7 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 19 aprel tarixli 610 nömrəli Fərmanının 2.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 yanvar tarixli 7 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 1, maddə 60; 2012,

¹ 5, maddə 484, ¹ 6, maddə 625) ilə təsdiq edilmiş 1nömrəli əlavə - "Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi"ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3.7-ci bəndin on altıncı abzası aşağıdakı redaksiyada verilsin:

"Tələbələrin biliyinin attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.";

1.2. 5.3-cü bəndin on birinci abzasında "Təhsil Nazirliyinin" sözləri "Nazirlər Kabinetinin" sözləri ilə əvəz edilsin.

 

 

 Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2012.- 11 oktyabr.- S.5.