Bakıda «Xidməti fəaliyyətin
qiymətləndirilməsi vasitəsilə dövlət
qulluğunda səmərəliliyin artırılması» mövzusunda
beynəlxalq konfrans keçirilir
Oktyabrın
10-da Bakıda Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət Qulluğu Məsələləri
üzrə Komissiyanın (DQMK) və Almaniya Federativ
Respublikasının İqtisadi Əməkdaşlıq və
İnkişaf Nazirliyi adından Almaniya Beynəlxalq Əməkdaşlıq
Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı
ilə "Xidməti fəaliyyətin qiymətləndirilməsi
vasitəsilə dövlət qulluğunda səmərəliliyin
artırılması" mövzusunda beynəlxalq konfrans
başlamışdır.
AzərTAc xəbər verir ki, "Azərbaycanda
dövlət qulluğu sektorunda islahatların dəstəklənməsi"
Azərbaycan-Almaniya layihəsi çərçivəsində
keçirilən tədbirin məqsədi ölkəmizdə
dövlət qulluqçularının xidməti fəaliyyətinin
qiymətləndirilməsi sistemi barədə məlumat vermək,
beynəlxalq təcrübədə dövlət
qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi
zamanı tətbiq edilən üsul və metodları, xidməti
fəaliyyətin qiymətləndirilməsinin dövlət
qulluqçularının karyeralarının inkişafında
rolunu və bu sahədə mövcud problemləri müzakirə
etməkdir.
Tədbirdə Türkiyə, ABŞ,
Almaniya, Avstriya, Belçika, Koreya Respublikası, Estoniya,
Gürcüstan, Kanada, Litva, Moldova, Monqolustan, Monteneqro,
Polşa, Rumıniya, Ukrayna, Uqanda və Yaponiyanın dövlət
qulluğu və inzibati idarəetmə sahəsində
müvafiq qurumlarının, o cümlədən GİZ-in,
BMT-nin İnkişaf Proqramının (UNDP), SİGMA-nın və
digər beynəlxalq təşkilatların yüksək vəzifəli
şəxsləri iştirak edirlər.
Tədbiri açan Dövlət
Qulluğu Məsələləri üzrə Komissiyanın sədri
Bəhram Xəlilov demişdir ki, Azərbaycanda bütün
sahələrdə olduğu kimi, dövlət qulluğu
sistemində də həyata keçirilən islahatlar
uğurlu nəticələrini verir. Bildirilmişdir ki,
hazırda Azərbaycanda dövlət qulluğu sistemində gənclər
üstünlük təşkil edir.
Almaniya Beynəlxalq Əməkdaşlıq
Cəmiyyətinin Bakı ofisinin rəhbəri Henninq Tvesten tədbirin
əhəmiyyəti haqqında danışaraq demişdir ki,
dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi
çox vacibdir. Lakin bu proses zamanı dövlət
qulluqçularının öz rəyləri də nəzərə
alınmalıdır. "Dövlət qulluğu sektorunda
aparılan iş hesabatlılıq prinsipinə əsaslanmalıdır"
- deyən H. Tvesten işçilərin qiymətləndirilməsində
şəffaflığın nəzərə
alınmasının vacibliyini qeyd etmişdir.
Azərbaycan
Respublikası Prezidenti
Administrasiyasının kadr məsələləri
şöbəsinin kadr siyasəti sektorunun müdiri Vasif Xələfov ölkəmizdə dövlət
qulluğu sahəsində son
dövrlərdə əldə olunmuş
nailiyyətlərdən danışmışdır. Bildirmişdir ki, 2001-ci ildən Azərbaycanda
yeni dövlət idarəçiliyinin təşkili
məqsədi ilə mühüm əhəmiyyət
kəsb edən bir sıra qərarlar qəbul
edilmiş, dövlət qulluğu
sahəsində münasibətləri tənzimləyən normativ hüquqi baza yaradılmışdır. Hazırda
Azərbaycanda şəffaf dövlət idarəçilik sistemi həyata keçirilir.
Sonra Dövlət Qulluğu Məsələləri
üzrə Komissiyanın baş məsləhətçisi
Nərmin Mirzəyeva "Azərbaycan Respublikasında xidməti
fəaliyyətin qiymətləndirilməsi sistemi:
təcrübəsi" və SİGMA təşkilatının
məsləhətçisi xanım Ayri Alakivi "Dövlət qulluğunda
xidməti fəaliyyətin qiymətləndirilməsi: mövcud təcrübələrin xülasəsi"
mövzularında təqdimatlarla çıxış
etmişlər.
Beynəlxalq
konfransda, həmçinin Kaliforniya
Universitetinin Anderson
adına idarəetmə fakültəsinin professoru
Samuel Kalbertin "Xidməti
fəaliyyətin qiymətləndirilməsi: formalaşma
üsulları", "Dövlət qulluğunda
islahatların dəstəklənməsi" layihəsinin məsləhətçisi
Kristof Vaynmanın "Dövlət qulluğunda xidməti fəaliyyətin qiymətləndirilməsinin
əsas məqamları" mövzularında məruzələri
dinlənilmişdir.
Oktyabrın 11-də başa çatacaq
konfrans işçi qruplar üzrə müzakirələrlə
davam etmişdir.
AzərTAc
Azərbaycan.-2012.-
11 oktyabr.- S.5.