Naxçıvanda N saylı hərbi
hissənin yaradılmasının 20-ci
ildönümü qeyd
edilmişdir
Oktyabrın 9-da
Naxçıvandakı N saylı hərbi hissənin
yaradılmasının 20-ci ildönümü
münasibətilə təntənəli mərasim keçirilmişdir. Tədbir çərçivəsində
Naxçıvan hərbi şəhərciyində yeni qərargah binasının və uşaq bağçasının
açılışı olmuşdur.
Naxçıvan
Qarnizonunun rəisi, general-leytenant
Kərəm Mustafayev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri Vasif Talıbova raport
vermişdir.
Əvvəlcə
yeni qərargah binasının
qarşısında N saylı hərbi hissənin müxtəlif
təyinatlı döyüş
texnikasına baxış olmuşdur.
Məlumat verilmişdir ki, səyyar komanda məntəqələri və rabitə
maşınları təlim və döyüş
zamanı çoxşaxəli, keyfiyyətli iş
prinsipinə malikdir. Döyüş
zamanı hərbi birləşmələrin vahid
mərkəzdən idarə olunmasında mühüm
əhəmiyyət kəsb edən bu texnikalar bir yerdən digər
yerə asan daşınır və yerləşdirilir.
Bu gün muxtar
respublikadakı hərbi hissələrin xüsusi
təyinatlıları və kəşfiyyat bölmələri
ən müasir lazer, kollimator, optik gündüz və gecəgörmə
cihazları, pilotsuz uçan
aparatlar, uzaq və
yaxın məsafələrə yüksək dəqiqliklə
atəş açmağa imkan
verən səssiz silahlarla təchiz edilmişdir. Bu texnikalar vasitəsilə düşmənin
canlı qüvvəsini, onların hərəkət istiqamətlərini,
hərbi texnikaların və silahların
xarakteristikasını müəyyənləşdirmək mümkündür.
Sonra hərbi hissənin
yaradılmasının 20-ci ildönümü
münasibətilə mərasim keçirilmişdir.
Ali Məclisin Sədri Vasif Talıbov
mərasimdə çıxış edərək demişdir ki, Milli Ordu quruculuğunda
mühüm mərhələ təşkil
edən bu hərbi hissə
yarandığı gündən şərəfli bir yol keçmiş,
torpaqlarımızın keşiyində dayanaraq
ulu öndər Heydər Əliyev
ideyalarına daim sədaqət nümayiş
etdirmişdir. Bu gün bir də onunla əlamətdardır ki,
N saylı hərbi hissə üçün
yeni qərargah binası istifadəyə verilmişdir.
Ali Məclisin Sədri hər iki əlamətdar
hadisə münasibətilə tədbir
iştirakçılarını təbrik etmiş,
Milli Ordumuzun yeni standartlar əsasında
formalaşmasında və möhkəmlənməsində əməyi
olan Türkiyə Respublikası Silahlı
Qüvvələrinin nümayəndələrinə və qardaş ölkənin rəhbərliyinə hörmət və
ehtiramını bildirmişdir.
V.Talıbov demişdir ki, ordu hər bir xalqın
güvənc yeri, özünütəsdiq
imkanıdır. Tarix dəfələrlə
sübut etmişdir ki, peşəkar və güclü
ordusu olmayan dövlət
uzun müddət müstəqilliyini qoruyub saxlaya bilməz. Qədim
Çin filosofu Konfutsi yazırdı ki,
"Dövlətin dövlət olması üçün
onun güclü ordusu və xalqın inamını qazanan lideri
olmalıdır". Xalqımız xoşbəxtdir ki, Azərbaycanın güclü
ordusu və bu ordunun ümummilli lider Heydər Əliyev ideyalarına sadiq olan peşəkar
şəxsi heyəti vardır. Azərbaycan Milli
Ordusunun yaranması və bugünkü
inkişafı ümummilli liderin
dövlətçilik fəaliyyəti ilə sıx
bağlıdır. Ordunu müstəqilliyin qarantı hesab
edən ulu öndər hələ ötən
əsrin 70-ci illərindən ölkəmizdə milli hərbi kadrların yetişdirilməsi, gələcək
dövlət müstəqilliyinin müdafiə təminatı
kimi uzun müddətə
hesablanmış siyasi addımlar
atmış, Cəmşid Naxçıvanski adına hərbi
məktəbi yaratmış, Azərbaycandan kənarda hərbi
kadrların yetişməsinə, bununla
yanaşı, ölkəmizdə fəaliyyət göstərən
Ali Hərbi məktəblərdə azərbaycanlıların
sayının artmasına nail olmuşdur".
Xalqımızın
böyük oğlu
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçiləndən
cəmi 4 gün sonra
- 1991-ci il sentyabrın 7-də muxtar respublikanın müdafiəsinin təşkili
haqqında mühüm qərar qəbul etmiş, mövcud hərbi
dəstə və hissələrə vahid rəhbərliyi
həyata keçirən müvafiq
dövlət qurumu yaratmışdı.
Naxçıvanda Milli Ordu
quruculuğunu şərtləndirən mühüm amillərdən biri
də keçmiş Sovetlər Birliyinə
məxsus hərbi hissələrin öz sərəncamlarında
olan silah-sursatı, döyüş
texnikasını, digər hərbi və mülki
əmlakı yüz faiz
burada saxlamaqla 1992-ci il avqustun 18-də muxtar respublika ərazisini
tamamilə tərk etmələri olmuşdur.
Bundan sonra Azərbaycanda nizami ordunun yaradılmasına
başlanmışdır. 1992-ci il
sentyabrın 15-də Naxçıvan ərazisində ilk Milli Ordu
qurumlarından biri olan
bu, N saylı əlahiddə gücləndirilmiş
motoatıcı briqada təşkil edilmiş və Dövlət Müdafiə
Komitəsinin bütün əmlakı məhz
bu hərbi hissəyə təhvil verilmişdir. Ulu öndərin
qayğısı ilə 1995-ci il mayın
21-də motoatıcı briqada
motoatıcı diviziyaya çevrilmiş,
1998-ci il dekabrın 8-də isə N
saylı diviziyanın bazasında ordu korpusu yaradılmışdır.
Qeyd olunmuşdur ki, bu gün
Azərbaycan Ordusunun möhkəmlənməsinin
bir səbəbi də ölkəmizin
sürətli iqtisadi inkişafı ilə
bağlıdır. Bu gün
Azərbaycan Cənubi Qafqazda öz ordusunu daxili imkanları hesabına ən müasir hərbi texnika və
silah-sursatla təchiz edən yeganə
ölkədir. Ali Baş Komandanımızın rəhbərliyi
altında Azərbaycanın hərbi potensialının
gücləndirilməsi, beynəlxalq standartlara
cavab verən müasir
ordunun yaradılması və Milli Ordumuzun daha da qüdrətlənməsi
üçün xeyli
iş görülmüş,
hərbi sənaye kompleksi
yaradılmışdır. Müasir
hərbi texnikalarla təchiz edilmiş Azərbaycan Ordusu
hazırda yüksək nizam-intizama və döyüş qabiliyyətinə malikdir.
Ali Məclisin Sədri demişdir
ki, fəal strateji
mövqedə olan Naxçıvanın hər
bölgəsi eyni zamanda
sərhəd bölgəsidir. Ona görə də muxtar
respublikadakı hərbi hissələrin maddi-texniki
təminatı davamlı olaraq möhkəmləndirilir,
yeni yaşayış kompleksləri tikilir, zabit ailələrinin
mənzil-məişət şəraiti
yaxşılaşdırılır. Ötən 16 ildə muxtar respublikada 170 hərbi
obyekt tikilərək və ya əsaslı şəkildə yenidən
qurularaq istifadəyə verilmiş,
Silahlı Qüvvələrimizin Naxçıvandakı birləşmə
və hissələrinin döyüş
qabiliyyəti və peşəkarlığı
artırılmışdır.
Ali Məclisin Sədri zabitlərə
müraciətlə demişdir ki, ordumuz, əsgərlərimiz
düşmənlə üz-üzədir. Bu
gün zabitlərin qarşısında mühüm vəzifələr dayanır. Ona görə də zabitlər daim ayıq-sayıq olmalı, hərbin bütün sirlərinə yiyələnməli,
döyüş
hazırlığını artırmalıdırlar.
V.Talıbov bu çətin, eyni zamanda, şərəfli
yolda zabitlərə uğurlar
arzulamışdır.
Naxçıvan
Qarnizonunun rəisi, general-leytenant
Kərəm Mustafayev
çıxış edərək yeni qərargah
binasının istifadəyə verilməsini ordu
quruculuğu istiqamətində həyata
keçirilən tədbirlərin davamı kimi
dəyərləndirmiş, şəxsi heyət adından
minnətdarlığını bildirmişdir.
Sonra Ali Məclisin Sədri zabitlərdən
1 nəfərə "Vətən uğrunda",
1 nəfərə "İgidliyə görə", 3 nəfərə
isə "Hərbi xidmətdə fərqlənməyə
görə" medallarını təqdim etmiş,
xidmətdə fərqlənən hərbi qulluqçuları
qiymətli hədiyyələrlə mükafatlandırmış, qərargah
binasının açılışını bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, beşmərtəbəli
binanın birinci mərtəbəsində
Heydər Əliyev Muzeyi
yaradılmış, ulu öndərin büstü qoyulmuşdur.
Burada ümummilli liderin həyatından,
dövlətçilik və siyasi fəaliyyətindən
bəhs edən müxtəlif kitablar, ulu öndərin muxtar respublikada hərbi hissələrin
açılışında iştirakını, çətin
təbii şəraitdə zabit və əsgərlərlə
görüşünü əks etdirən
fotoşəkillər, ordu quruculuğu ilə bağlı qəbul edilən qərarlar,
mühüm tarixi əhəmiyyət
kəsb edən sənədlər nümayiş
olunur.
Binanın ikinci mərtəbəsində təlim sinfi və ayrı-ayrı xidməti otaqlar yerləşir. Təlim siniflərində
yüksək şərait yaradılmış, proyektor quraşdırılmışdır. Üçüncü mərtəbədə
224 yerlik tədbirlər zalı, 70 yerlik iclas salonu
və xidməti otaqlar vardır. Dördüncü mərtəbədə isə
arxiv otaqları, fotostudiya
və montaj otaqları yerləşir. Tədbirlər
zalında proyektor
quraşdırılmış, müasir
idarəetmə sistemləri yaradılmışdır.
Tədbir
iştirakçıları burada
Naxçıvanda ordu quruculuğuna
həsr olunmuş sənədli filmə
baxmışlar.
Binada ayrıca kompyuter
otağı, kitabxana, mətbuat və nəşriyyat,
məişət otağı, hamam, 48 yerlik zabit yeməkxanası
vardır. Mətbuat və nəşriyyat otağında
müxtəlif çap
avadanlığı quraşdırılmış, lazımi iş şəraiti
yaradılmışdır.
Binanın həyətində geniş
abadlıq işləri aparılmış, müasir
işıqlandırma sistemləri quraşdırılmış,
qazanxana binası tikilmiş, qərargah binasının
qarşısındakı yol genişləndirilmiş və
asfalt örtük salınmışdır.
AzərTAc
Azərbaycan.-2012.-
11 oktyabr.- S.7.