Pakistanın nüfuzlu
«Diplomatik Star»
jurnalında Azərbaycan-Pakistan diplomatic münasibətlərinin
20 illiyinə dair xüsusi buraxılış
hazırlanmışdır
Pakistanın nüfuzlu "Diplomatik
Star" jurnalında Azərbaycan-Pakistan diplomatik münasibətlərinin
20 illiyinə həsr olunmuş xüsusi buraxılış dərc
edilmişdir.
Azərbaycanın Pakistandakı səfirliyindən
AzərTAc-a bildirmişlər ki,
buraxılış "Azərbaycan-Pakistan münasibətlərinin
xronologiyası" adlı məqalə ilə
başlanır. Yazıda 20 il ərzində iki ölkə
arasında həyata keçirilmiş rəsmi səfərlərin
xronologiyası öz əksini tapmışdır. Buraxılışda Azərbaycan-Pakistan
münasibətlərinin baniləri sayılan Azərbaycanın
ümummilli lideri Heydər Əliyevin və Pakistanın
tanınmış siyasətçisi Benazir Bhuttonun şəkilləri
dərc edilmişdir.
Jurnalda Azərbaycan Prezidenti İlham Əliyevin
Pakistan Prezidenti Asif Əli Zərdariyə ölkələrimiz
arasında diplomatik münasibətlərin 20 illiyi ilə əlaqədar
ünvanlanmış məktubları dərc edilmişdir.
"Heydər Əliyev - Azərbaycanın
ümummilli lideri" adlı məqalədə ulu öndərin
həyat və fəaliyyəti, müstəqil Azərbaycanın
yaradılması və dövlətimizin dünya miqyasında
özünəməxsus yer tutması istiqamətində
aparılmış siyasəti
işıqlandırılmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin
fəaliyyətinə həsr edilmiş "İlham Əliyev-Azərbaycanın
lideri" sərlövhəli məqalədə isə
dövlət başçısının xarici və daxili
siyasətdə əldə etdiyi uğurlardan ətraflı məlumat
verilir.
Yazıda həmçinin Azərbaycanın
neft strategiyasındakı, qeyri-neft sektorunun inkişafından,
mədəniyyət və təhsil sahələrinə göstərilən
dövlət qayğısından, idmanda əldə etdiyimiz
uğurlardan bəhs edilmişdir. Məqalədə Prezident
İlham Əliyevin Ermənistan-Azərbaycan,
Dağlıq-Qarabağ münaqişəsinin həlli istiqamətində
apardığı işlərdən
danışılmış, Azərbaycanın BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzv seçilməsi barədə
və xarici siyasətdə əldə etdiyimiz digər
uğurlardan ətraflı məlumat verilmişdir.
Məqalədə Azərbaycan-Pakistan əlaqələrinin
həyatın bütün istiqamətlərində sürətlə
inkişaf etdiyi vurğulanmış, hər iki ölkənin
beynəlxalq arenada qarşılıqlı dəstəyi
haqqında məlumatlar verilmişdir. Qeyd olunmuşdur ki, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ məsələsində Azərbaycanın
mövqeyini tam dəstəkləyən Pakistan öz
parlamentində Xocalı soyqırımını tanıyan və
Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən
qətnamə qəbul etmişdir. Bu da Azərbaycan rəhbərliyi
və xalqı tərəfindən böyük rəğbətlə
qarşılanmışdır.
"Diplomatic Star" jurnalındakı
buraxılışın "Mehriban Əliyeva-Heydər Əliyev
Fondunun prezidenti" adlı məqaləsində isə Heydər
Əliyev Fondunun prezidenti,
UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri
Mehriban Əliyevanın Azərbaycanda və xarici ölkələrdə
reallaşdırdığı layihələrdən ətraflı
məlumat verilmişdir. Məqalənin Heydər Əliyev
Fondunun Pakistandakı fəaliyyətinə həsr edilmiş
hissəsində Mehriban xanım Əliyevanın təşəbbüsü
və dəstəyi ilə bu ölkənin müxtəlif
bölgələrində hepatit-B-yə qarşı pulsuz peyvəndləşdirmə
proqramının həyata keçirilməsi, səhiyyənin
inkişafına edilən maliyyə yardımları, uşaq və
ahıllar üçün təşkil edilmiş pulsuz
müayinə və açıq ürəkdə cərrahiyyə
əməliyyatları, qızlar məktəbinin tikilməsi və
sonralar əsaslı şəkildə yenidən qurulması,
müqəddəs Ramazan ayında uşaq evlərində iftar
süfrələrinin təşkili xüsusi qeyd
olunmuşdur.
Buraxılışda Azərbaycanın
Pakistandakı səfiri Daşqın Şikarovun ölkələrimiz
arasında diplomatik münasibətlərin 20 illiyinə həsr
edilmiş müraciəti də dərc olunmuşdur. Yazıda
müstəqil Azərbaycanın yaranması tarixi, Azərbaycan
ilə Pakistan arasındakı diplomatik əlaqələrin
inkişaf mərhələləri, siyasi əməkdaşlığın aspektləri əksini
tapmışdır.
Xüsusi buraxılışın tam mətni
ilə
http://www.diplomaticstar.com/magazine/wp-content/plugins/page-flip-image-gallery/popup.php?book_id=5
linkindən tanış olmaq mümkündür.
Azərbaycan.-2012.-
11 oktyabr.- S.7.