Quzanlı şəhərə
çevrilir
Bu proses dövlətin
qayğısı, ağdamlıların fədakarlığı sayəsində
gerçəkləşir
Bu gün Azərbaycan bütün
dünyanı heyrətə salan qeyri-adi bir sürətlə
inkişaf edir. Bu yüksəlişin,
bu tərəqqinin mayasında iki əsas amil olduğunu desək, səhv etmərik. Birincisi odur ki, böyük yaradan bu yurda
təbii sərvətlər verəndə səxavətini əsirgəməyib.
İkincisi isə bu sərvətlərdən
ağılla, yaradıcılıqla, uzaqgörənliklə
istifadə etmək bacarığıdır. Bir-birini tamamlayan
bu iki amilin
vəhdəti xalqımızın bugünkü
firavan həyatını, ölkəmizin dinamik sosial-iqtisadi
inkişafını təmin edir. İndi kəndlərimiz, şəhərlərimiz
elə sürətlə dəyişib gözəlləşir
ki, heyran qalmaya bilmirsən. Ölkəmizin paytaxtı
Bakıda diqqət çəkən intibah
yaxın-uzaq bölgələrdə də aydın hiss olunur. Respublika Prezidenti
İlham Əliyevin xüsusi
qayğı və diqqət göstərdiyi, fərqli
münasibət bəslədiyi cəbhə bölgələri
bu baxımdan istisna təşkil
etmir. Ərazisinin 77,4 faizi
Ermənistan silahlı qüvvələri tərəfindən
işğal olunmuş
Ağdam bu gün dövlət qayğısının
əsas ünvanına çevrilib.
Avropa standartlarına cavab
verən kənddə ilk olimpiya
idman kompleksinin məhz
Quzanlıda tikilməsi bu
qayğının parlaq təzahürlərindəndir.
Dövlət başçısının xüsusi
tapşırığı ilə rayonun bütün yaşayış məntəqələrinin
qazlaşdırılması ən qısa müddətdə başa çatdırılmışdır. Bu qayğının bir həssas
məqamı isə cəbhə xəttinə yaxın kəndlərin
birinci növbədə
qazlaşdırılmasıdır. Belə yanaşma
isə bütün rayon
əhalisində böyük
razılıqla qarşılandı.
Quzanlı
yaxın günlərədək öz
görkəmi ilə ölkənin digər kəndlərindən
elə də ciddi şəkildə fərqlənmirdi.
Son illərdə
isə dövlətin yetərli və davamlı
qayğısından güc alan, doğma yurdu canından
artıq sevən ağdamlıların fədakarlığı
kəndi şəhərə çevirib
desək, qətiyyən mübaliğə olmaz.
Şəhərə xas olan
xüsusiyyət indi Quzanlıda var. Müasir tipli yeni binalarda fəaliyyət göstərən sosial obyektlər, məktəblər, xəstəxanalar,
uşaq bağçaları, mədəniyyət
müəssisələri, orta ixtisas kollecləri, beynəlxalq idman yarışları keçirməyə imkan verən idman
qurğuları və s. Quzanlının
gerçək bir şəhər olduğunu təsdiq edən amillərdir. Gündəlik həyatlarında Prezidentin
qayğısını görən,
çiyinlərində dövlətin güclü
əlini hiss edən ağdamlılar nəinki
rayon mərkəzinə çevrilmiş
Quzanlını, eləcə də rayonun işğal altında olmayan
bütün ərazisini cənnətə
döndərmək üçün
ürəklərinin odunu, əllərinin
hərarətini əsirgəmədən
çalışırlar.
Təkcə son üç ildə
görülən abadlıq, tikinti və quruculuq işlərini sadalasaq,
böyük bir
siyahı alınar. Mərkəzi rayon xəstəxanası, doğum
evi, uşaq xəstəxanası,
təcili və təxirəsalınmaz tibbi
yardım stansiyası, təhsil şöbəsinin, qaz-istismar idarəsinin, yol
tikinti idarəsinin, su
kanal idarəsinin, sığorta idarəsinin,
"Aqroservis" kompleksinin
inzibati binaları, veteranlar
evi, Səfərli kənd orta
məktəbi, Quzanlı köçkün
və Birinci Baharlı qəsəbələrində
hər biri 250 yerlik
"xeyir-şər evləri" məhz son
illərdə tikilib istifadəyə verilmişdir. Quzanlı mədəniyyət
evi, Quzanlı uşaq
bağçası, Birinci
Yüzbaşılı uşaq
bağçası və məktəbi, Çəmənli,
Alıbəyli, Hacıturalı, Qaradağlı tam orta məktəbləri,
YAP Ağdam rayon təşkilatının
qərargahı, Quzanlı qəsəbə,
Xındırıstan, Qaradağlı, Çəmənli,
Əhmədağalı ərazi nimayəndəliklərinin
binaları əsaslı təmir olunmuşdur.
28 kilometr uzunluğunda
Quzanlı-Xındırıstan-Əhmədağalı-Əfətli
avtomobil yolunun yüksək
keyfiyyətlə inşa edilməsi
bölgə əhalisində dövlət qayğısına
hədsiz razılıq doğurur.
Möhtəşəm
giriş qapısı, Bayraq
meydanı, ağdamlı şəhidlərin xatirəsinə inşa edilmiş abidə
kompleksi, yeni
salınmış "Qala" parkı rayon ərazisinə qədəm qoyan hər kəsdə xoş
duyğular oyatmaqla
yanaşı yaxın keçmişin
acılarını yada salır, uzun illər bir yerdə
yaşadığımız ermənilərin insanlığa sığmayan vəhşiliklərini
unutmamağa, dərindən-dərinə
düşünməyə məcbur edir.
Gündüzləri
al-əlvan, gecələri çıraqban Quzanlı qəsəbəsində
Heydər Əliyev prospekti, akademik Zərifə Əliyeva, Əşrəf
Əliyev, M.F.Axundov, S.S.Axundov,
Məşədi Abbas, Xudu
Məmmədov küçələri müasir
şəhərsalma qaydalarına uyğun
olaraq yenidən qurulmuş,
300-dən çox yöndəmsiz ticarət və iaşə obyekti götürülərək yerində
yaraşıqlı, müasir görkəmli
yeni binalar tikilmişdir. Quzanlı qəsəbəsində yenidən qurulan
Heydər Əliyev parkı adamların sevimli
istirahət yerinə çevrilmişdir. Bölgə əhalisinin böyük
inanc yeri olan Seyid Lazım Ağa ziyarətgahında,
Xındırıstan məscidində, Quzanlı və
İmamqulubəyli kənd qəbiristanlıqlarında
aparılan təmir və abadlıq işləri adamlarda mənəvi rahatlıq yaradır, minnətdarlıq
hissi doğurur.
Yaranışından içməli su
sarıdan korluq çəkən
Baharlı kəndində 3,5 kilometr məsafədən
su xətti çəkilməsi kənddə
əsl el şənliyinə çevrildi. Son üç ildə 1000 nəfərdən çox məcburi köçkün
ailəsinin evi təmir olunmuş,
80 nəfərdən çoxuna isə yeni ev tikilmişdir.
Quzanlıda xatırlanası, minnətdarlıqla
söhbət açılası uğurlar
kifayət qədər çoxdur. Əlbəttə,
görülən işlərin, həyata keçirilən tikinti, abadlıq və quruculuq
tədbirlərinin arxasında böyük
zəhmət dayanır. Doğma diyarın gözəlliyi,
abadlığı naminə çəkilən zəhmət,
axıdılan alın təri isə könül
təsəllisidi, qəlb rahatlığıdır. Müstəqil
dövlətimizin əsas atributu olan üçrəngli bayrağımız indi qədim Sultanbud təpəsinin
zirvəsində, elə bir ucalıqla
dalğalanır ki, baxanın könlü istər-istəməz riqqətə
gəlir. Bərdə tərəfdən Ağdam rayonu ərazisinə
qədəm qoyarkən Bayraq meydanında
qarşılaşdığın mənzərə sadə bir məntiqlə
təsdiq edir ki,
vətəni, torpağı ölçüsüz
məhəbbətlə sevən ağdamlılar dövlətçiliyə
də, bu dövlətin sükanı
arxasında dayanan Prezident
İlham Əliyevə də çox sadiqdirlər.
Lazım QULİYEV
Azərbaycan.-2012.- 11 oktyabr.-
S.10.