Ötən mövsümün ən yaxşıları
mükafatlandırıldı
Dünən
futbol üzrə Unibank Premyer
Liqasının 2011-2012-ci il mövsümü qaliblərinin
mükafatlandırılması mərasimi keçirilmişdir.
Beynəlxalq
Muğam Mərkəzində təşkil
olunan tədbirdə çıxış
edən AFFA-nın prezidenti Rövnəq Abdullayev ölkəmizdə idmanın, o cümlədən futbolun
inkişafından, həyata keçirilən tədbirlərdən,
yeni layihələrdən
danışmış, dövlətin bu
sahəyə daim diqqət və qayğı göstərdiyini
vurğulamış, ötən mövsümdə
futbolçuların oyununu yüksək
qiymətləndirmişdir. Bildirmişdir ki, uşaq futbolunun
inkişafı, istedadlı idmançıların üzə
çıxarılması və futbolun
kütləviliyinin təmin olunması qurumun
daim diqqət mərkəzindədir.
Sonra İdman Araşdırmaları Mərkəzi
tərəfindən aparılmış sorğuya
əsasən bir neçə nominasiya üzrə futbolçular
mükafatlandırılmışlar. 37 KİV - televiziya, internet
saytları və qəzetlərdə çalışan idman jurnalistlərinin rəyi əsasında
aparılmış sorğuda ötən mövsümün
ən yaxşı
qapıçısı Kamran Ağayev ("Xəzər Lənkəran"),
ən yaxşı müdafiəçisi Ruslan
Abışov ("Neftçi"), ən
yaxşı yarımmüdafiəçisi Adrian Pit ("Xəzər Lənkəran"), ən
yaxşı hücumçusu Rauf Əliyev
("Qarabağ"), ən yaxşı baş məşqçisi Böyükağa
Hacıyev ("Neftçi"), ən
yaxşı futbolçusu Flavinyo
("Neftçi"), mövsümün
tapıntısı (gənc futbolçu) Nurlan Novruzov ("Bakı"), ən yaxşı assistenti Rəşad Abdullayev
("Neftçi"), ən yaxşı qolu Ceyhun Sultanov
("Kəpəz"), ən yaxşı bombardiri
Bahodir Nasimov ("Neftçi") və ən sadiq
azarkeşi Xoşbəxt Yusifzadə seçilmişdir.
Sonda ötən mövsümün
çempionu "Neftçi", gümüş
mükafatçısı "Xəzər-Lənkəran"
və bürünc medalçısı "İnter"ə
Fransanın məşhur "Artua-Bertran" şirkəti tərəfindən
hazırlanmış medallar təqdim olunmuşdur.
Azərbaycan.-2012.- 11 oktyabr.-
S.11.