Azərbaycan əhalisinin
böyük əksəriyyəti Prezident İlham Əliyevi
dəstəkləyir
Azərbaycan
əhalisinin böyük əksəriyyəti Prezident İlham
Əliyevi dəstəkləyir.
"Rəy" Monitorinq Mərkəzinin
sentyabrın 26-30-da keçirdiyi ictimai sorğunun nəticələri
belə deməyə əsas verir.
Sorğunun nəticələrinə əsasən,
əgər qarşıdan gələn bazar günü
prezident seçkiləri keçirilsəydi, əhalinin
mütləq əksəriyyəti (87 faizə yaxını)
öz səsini Prezident İlham Əliyevə verərdi.
"İlham Əliyev sizin kimi
insanların maraqlarına cavab verirmi" - sualını
cavablandırarkən respondentlərin 84 faizi "bəli"
cavabını verir.
Sorğu, həmçinin göstərir ki, əgər prezident
seçkiləri qarşıdan gələn bazar
günü keçirilsəydi, rəyi
soruşulanların əksəriyyəti (56 faizi)
birmənalı olaraq səsverməyə
qatılardı. Respondentlərin 17 faizi
"yəqin ki, iştirak
edərdim" cavab variantını seçmiş, 14 faizi isə bildirmişdir
ki, səsverməyə qatılmaqdan imtina edərdi.
Rəyi
soruşulanların 13 faizi bu
suala cavab verməkdə
çətinlik çəkmişdir.
Hesabat sentyabrın 26-30-da
keçirilmiş "omnibus" tipli ictimai rəy
sorğusunun nəticələri əsasında
hazırlanmışdır. "Üzbəüz"
müsahibə yolu ilə keçirilən sorğuya
yaşı 18 və yuxarı olan 1500 respondent cəlb
edilmişdir.
AzərTAc
Azərbaycan.-2012.-
12 oktyabr.- S. 1.