Özbəkistan Prezidenti İslam Kərimov Azərbaycana rəsmi səfərə gəlmişdir

 

 Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov oktyabrın 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Özbəkistan dövlətinin başçısını hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

Beynəlxalq Aeroportun ali qonaqlar üçün salonunda İslam Kərimov və Yaqub Eyyubov arasında qısa protokol söhbəti oldu.

Ali qonaq hava limanından onun üçün ayrılmış iqamətgaha yola düşdü.

 

 

AzərTAc

 

Azərbaycan.-2012.- 12 oktyabr.- S. 2.