Azərbaycan nümayəndə heyətinin Macarıstana səfəri başa çatmışdır

 

 Səfər çərçivəsində Azərbaycan və Macarıstan arasında Hökumətlərarası Komissiyanın iclası və biznes forumu keçirilmiş, bir sıra mühüm sənədlər imzalanmışdır

 

Xəbər verildiyi kimi, iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət Azərbaycan nümayəndə heyəti oktyabrın 8-9-da Macarıstanda səfərdə olmuşdur.

Səfərin birinci günü Şahin Mustafayev Macarıstanın Baş naziri Viktor Orbanla görüşmüşdür. Görüşdə iqtisadi əlaqələrin mövcud vəziyyəti, əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilmişdir. Azərbaycan nümayəndə heyətinin Macarıstanın dövlət katibi Peter Siyartomilli iqtisadiyyat naziri Derd Metolçi ilə görüşlərində isə kənd təsərrüfatı, infrastruktur, tikinti və iqtisadiyyatın digər sahələrində əməkdaşlığın genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunmuşdur.

Həmin gün İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Macarıstanın İnvestisiyalar və Ticarət üzrə Agentliyinin təşkilatçılığı ilə Macarıstan-Azərbaycan biznes forumu keçirilmişdir. Tədbirdə Azərbaycan və Macarıstan tərəfindən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, səhiyyə, maliyyə, toxuculuq, tikinti, İKT və s. sahələrdə fəaliyyət göstərən 130-a yaxın adamı iştirak etmişdir.

Macarıstanın dövlət katibi, Azərbaycan və Macarıstan hökumətləri arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Peter Siyarto ölkəsinin Azərbaycanla əlaqələrin inkişafından məmnunluğunu ifadə etmiş, biznes forumu, işgüzar görüşinvestisiya imkanlarına dair təqdimatların sahibkarlar arasında əməkdaşlığın daha da genişlənməsində, ikitərəfli ticarət əlaqələrinin inkişafında əhəmiyyətli olduğunu vurğulamışdır. Ş.Mustafayev isə Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd etmiş, ölkələrimiz arasında əlaqələrin qarşılıqlı hörmət, dostluq, faydalı əməkdaşlıq prinsipləri üzərində qurulduğunu diqqətə çatdırmış, dövlət başçılarının qarşılıqlı səfərlərinin, aparılan danışıqların ikitərəfli əlaqələrin genişlənməsində əhəmiyyətini vurğulamışdır. Azərbaycan nümayəndə heyətinin rəhbəri 2011-ci ildə əvvəlki illə müqayisədə ölkələrimiz arasında ticarət dövriyyəsinin 2,6 dəfə artdığını və artım dinamikasının bu ildavam etdiyini diqqətə çatdırmışdır. Biznes forumu və sərgilərin ticarət əlaqələrinin inkişafında, adamları arasında işgüzar əlaqələrin genişlənməsində, həmçinin yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynadığını bildirən nazir Azərbaycanın və Macarıstanın adamları arasında 5 biznes forumunun keçirildiyini, bu tədbirlərin işgüzar dairələr arasında əlaqələrin inkişafında, ticarət əlaqələrinin şaxələndirilməsində əhəmiyyətini vurğulamışdır. Ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün Azərbaycan və Macarıstan arasında siyasi, hüquqiiqtisadi zəminin mövcud olduğunu qeyd edən Şahin Mustafayev kənd təsərrüfatı, tikinti, enerji, İKT, turizm, səhiyyə, təhsil sahəsində əlaqələrin genişləndirilməsi üçün böyük potensial olduğunu bildirmişdir. Azərbaycanda sənaye parklarının yaradılması istiqamətində tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran Ş.Mustafayev bu sahədə Macarıstan şirkətlərini fəal əməkdaşlığa dəvət etmişdir. Çıxışında həmçinin Azərbaycan iqtisadiyyatı barədə məlumat verən nazir  qeyd etmişdir ki, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində Azərbaycan dinamik inkişaf edən ölkəyə çevrilmiş, sahibkarlıq fəaliyyəti genişlənmiş, əlverişli biznesinvestisiya mühiti yaradılmış, ölkəmiz investisiya ixracatçısına çevrilmişdir.

Sonra Macarıstanın İnvestisiya və Ticarət Agentliyinin sədri Erjebet Doboş, AZPROMO-nun prezidenti vəzifələrinin icraçısı Rüfət Məmmədov və Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru vəzifəsini icra edən Rövşən Nəcəf təmsil etdiyi qurumun fəaliyyəti və həyata keçirdiyi layihələrə dair təqdimatlarla çıxış etmişlər. Azərbaycan Gənc Sahibkarlar Şəbəkəsi İdarə Heyətinin sədri Xaliq İldırımzadə isə çıxışında ölkədə sahibkarlığın inkişafına göstərilən diqqət və qayğı nəticəsində gənclər arasında işgüzar fəallığın artdığını vurğulamış, təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat vermişdir.

Tədbir çərçivəsində Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Macarıstan İşverənlər və Sənayeçilər Konfederasiyası arasında, Macarıstan Gənc Sahibkarlar Milli Assosiasiyası ilə Azərbaycan Gənc Sahibkarlar Şəbəkəsi arasında əməkdaşlıq haqqında sazişlər, Macarıstanın "Hartong-Malt KFT" şirkəti ilə Azərbaycanın "Prestij-Naxcivan Pivesi" şirkəti, Azərbaycanın "Elba" şirkəti ilə Macarıstanın "Bukki-Hus" KFT şirkəti arasında müqavilələr imzalanmışdır. Bundan başqa, biznes forumu zamanı bir sıra şirkətlər arasında əməkdaşlığa dair ilkin razılaşmalar əldə edilmişdir. Biznes forumu zamanı adamları arasında ikitərəfli görüşlər də keçirilmişdir.

Oktyabrın 9-da Azərbaycan Respublikası hökuməti və Macarıstan Respublikası hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın III iclası keçirilmişdir. Azərbaycan tərəfindən iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi komissiyaya Xarici İşlər, Sənaye və Energetika, Nəqliyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət və Turizm, Təhsil, Səhiyyə, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin, Mərkəzi Bankın, "Azərsu" ASC-nin yüksək vəzifəli rəsmiləri daxildir.

Macarıstan tərəfi isə iclasda Macarıstanın dövlət katibi, Azərbaycan Respublikası hökuməti və Macarıstan Respublikası hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Peter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunmuşdur.

İclasda çıxış edən Şahin Mustafayev iki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini, hazırda Azərbaycan və Macarıstan arasında əməkdaşlığa dair möhkəm qanunvericilik bazası olduğunu vurğulayaraq bildirmişdir ki, bu günədək ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın inkişafı da daxil olmaqla müxtəlif sahələr üzrə 30-a yaxın sənəd imzalanmışdır. O, həmçinin İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın əvvəlki - ikinci iclasından ötən dövrdə görülən işlərlə bağlı məlumat vermiş, ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığı diqqətə çatdırmış, bu əlaqələrin daha da genişlənməsi üçün böyük potensial olduğunu qeyd etmişdir. Sözügedən komissiyanın həmsədri Peter Siyarto çıxışında ölkəsinin Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyini və əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirmişdir.

İclasda sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, qarşılıqlı investisiya qoyuluşu, informasiya-kommunikasiya texnologiyaları, ticarət, elm və təhsil, turizm, mədəniyyət, ətraf mühitin mühafizəsi, maliyyə və bank, səhiyyə və digər sahələrə dair müzakirələr aparılmışdır.

Sonda İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın III iclasının yekunlarına dair protokol imzalanmışdır. Sənədi komissiyanın həmsədrləri Şahin MustafayevPeter Siyarto imzalamışlar. İclas çərçivəsində həmçinin komissiyanın həmsədrləri Azərbaycan və Macarıstan hökumətləri arasında təhsil, elm və mədəniyyət üzrə əməkdaşlığa dair saziş imzalamışlar.

Macarıstana səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər də keçirmişdir. Xarici işlər nazirinin müavini Xələf Xələfov, təhsil nazirinin müavini Qulu Novruzov, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə və AZPROMO-nun rəhbəri vəzifələrini icra edən Rüfət Məmmədov Macarıstanın aidiyyəti qurumlarının rəsmiləri ilə görüşmüş, əlaqələrin genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparmışlar.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti "İkarus" avtobuslarının istehsal edildiyi "Batta" sənaye parkında, "Hunland KFT" aqrar-sənaye kompleksində, "Dermeyi" makaron məmulatları fabrikində istehsal prosesi ilə tanış olmuşdur.

Səfərin sonunda mətbuat konfransı keçirilmiş, jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.

 

Azərbaycan.-2012.- 12 oktyabr.- S.4.