Kiyevdə GUAM ölkələrinin
Xarici İşlər Nazirləri Şurasının
növbədənkənar iclası Azərbaycan tərəfinin
sədrliyi ilə keçmişdir
Kiyevdə
GUAM-ın Katibliyindən AzərTAc-a bildirmişlər ki,
Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilatın
iqamətgahında GUAM ölkələrinin Xarici İşlər Nazirləri
Şurasının (XİNŞ)
qurumun yaradılmasının 15 illiyinə həsr
olunmuş növbədənkənar iclası
keçirilmişdir.
Forumda Azərbaycanı xarici işlər
naziri Elmar Məmmədyarov (iclasın sədri),
Gürcüstan xarici siyasət
idarəsinin başçısı David Calaqaniya, Moldova Respublikasının xarici işlər və Avropa
inteqrasiyası naziri Yuri Lyanke, Ukrayna XİN-in
başçısı Konstantin
Qrişşenko, GUAM-ın
baş katibi Valeri Çeçelaşvili iştirak
etmişlər.
Təşkilatın gələcək
inkişafı məsələlərini müzakirə edən
XİNŞ-də vurğulanmışdır ki, GUAM regional qarşılıqlı
fəaliyyətin inkişafı
kontekstində böyük rol
oynayır və gələcəkdə də qurum çərçivəsində
səmərəli əməkdaşlıq
aparılacaqdır.
İclasda GUAM-ın ənənəvi tərəfdaşları
olan dövlətlərin - ABŞ-ın və Yaponiyanın
Ukraynadakı səfirləri, habelə Avropa
Komissiyasının bu ölkədəki nümayəndə
heyətinin
başçısı
iştirak etmişlər.
Şura XİNŞ-in GUAM-ın təsis edilməsinin 15
illiyinə həsr olunmuş növbədənkənar
iclası barədə rəsmi məlumat qəbul etmişdir.
Axşam GUAM Katibliyinin ofisində qurum
ölkələrinin Demokratiya və İqtisadi İnkişaf
uğrunda Təşkilatın yaradılmasının 15 illiyinə
həsr olunmuş musiqi gecəsi
keçirilmişdir. Ukraynanın "Kiyev-Klassik"
Simfonik Orkestrinin dirijoru, Ukraynanın əməkdar
incəsənət xadimi, professor German Makarenkonun rəhbərliyi ilə orkestrin
kamera qrupunun ifasında
GUAM-ın üzvü olan ölkələrin xalq
mahnıları və bəstəkarlarının əsərləri
səslənmişdir.
Tədbirdə Kiyevdə akkreditə
olunmuş diplomatik korpusun, Ukrayna XİN-in, digər nazirliklərin
və idarələrin nümayəndələri
iştirak etmişlər.
Konsertdən sonra təntənəli qəbul
olmuşdur.
Azərbaycan xarici siyasət idarəsinin
başçısı Elmar Məmmədyarov oktyabrın 10-da Ukrayna Milli Təhlükəsizlik və
Müdafiə Şurasının
katibi Andrey Klyuyevlə görüşmüşdür.
Ukrayna Prezidenti Viktor Yanukoviç E.Məmmədyarovu qəbul etmişdir.
Zeynal AĞAZADƏ,
AzərTAc-ın
xüsusi müxbiri
Kiyev
Azərbaycan.-2012.-
12 oktyabr.- S.4.