Rusiyada Azərbaycana
həsr edilən «Nar damcıları» adlı rəsm sərgisi
açılmışdır
Heydər Əliyev
Fondunun təşəbbüsü ilə Rusiya Dövlət
Humanitar Universitetinin sərgi salonunda Azərbaycana həsr edilən
"Nar damcıları" adlı rəsm sərgisinin
açılış mərasimi keçirilmişdir.
AzərTAc xəbər verir ki, sərgidə
nümayiş olunan rəsm əsərlərinin müəllifləri
universitetin bu ilin yayında Azərbaycana səfər etmiş
müəllim və tələbələridir.
Açılış mərasimində
Rusiya Dövlət Humanitar Universitetinin rektoru Yefim Pivovar çıxış edərək
rəhbərlik etdiyi ali təhsil müəssisəsində
belə sərginin ilk dəfə təşkil olunduğunu
bildirmişdir. Rektor demişdir
ki, Rusiya ilə Azərbaycan arasında əlaqələr hər
sahədə yüksələn xətt üzrə inkişaf
edir. Mədəni əlaqələrin möhkəmləndirilməsində
bu cür tədbirlərin əhəmiyyətini qeyd edən Y.Pivovar universitetdə gələcəkdə də belə
sərgilərin keçiriləcəyini
vurğulamışdır.
Rektor universitetin müəllim və tələbələrinin
Azərbaycana səfərinin təşkilinə görə
Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri
Leyla xanım Əliyevaya təşəkkürünü
bildirmişdir.
Tədbirdə Azərbaycanın
Rusiyadakı səfiri Polad Bülbüloğlu Heydər Əliyev Fondunun Rusiya
nümayəndəliyinin yarandığı gündən
müxtəlif layihələri həyata keçirdiyini və
bu layihələrin Rusiya-Azərbaycan
münasibətlərinin möhkəmlənməsinə
yönəldiyini vurğulamışdır.
Digər çıxış edənlər
də sərginin təşkilində əməyi olanlara minnətdarlıqlarını
bildirmiş, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin
bu cür layihələri həyata keçirməsini yüksək
qiymətləndirmişlər.
Azərbaycan.-2012.-
12 oktyabr.- S.7.