Dövlət
başçılarının təkbətək görüşü
Özbəkistan
Prezidenti İslam Kərimovun Azərbaycana rəsmi səfəri
Oktyabrın
12-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan
Respublikasının Prezidenti İslam Kərimovun təkbətək
görüşü olmuşdur.
Görüşdə
Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli
münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə
olundu. Özbəkistan Prezidenti
İslam Kərimovun Azərbaycana rəsmi
səfərinin əlaqələrimizin daha
da genişlənməsi baxımından əhəmiyyəti qeyd edildi, iki ölkə
arasında münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə
əminlik bildirildi.
Görüşdə
qarşılıqlı maraq doğuran məsələlər barədə
fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.-2012.-
13 oktyabr.- S.1.