Azərbaycan və Özbəkistan prezidentlərinin geniş tərkibdə görüşü

 

Özbəkistan Prezidenti İslam Kərimovun Azərbaycana rəsmi səfəri

 

 Oktyabrın 12-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.

Azərbaycan Prezidenti İlham ƏLİYEV görüş iştirakçılarını salamlayaraq dedi:

- Hörmətli İslam Əbdülqəniyeviç!

Hörmətli qonaqlar!

İcazə verin, Sizi Azərbaycanda bir daha ürəkdən salamlayım. Ölkəmizə xoş gəlmisiniz. Bu gün Sizinlə qarşılıqlı maraq doğuran, regional əhəmiyyətli məsələlərin geniş dairəsi barədə fikir mübadiləsi apardıq. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, müzakirə edilən bütün məsələlər barəsində baxışlarımız üst-üstə düşür.

Prezident İlham Əliyev Özbəkistan Prezidentinin rəsmi səfərinin ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə genişlənməsinə yeni imkanlar açılması baxımından yaxşı nəticələr verəcəyinə əminliyini ifadə edərək dedi:

- Bizim qarşılıqlı fəaliyyətimiz daha sıx, əməkdaşlığımız daha fəal olacaqdır. Özbəkistan bizim üçün dost qardaş dövlətdir. Münasibətlərimizin dostluq, bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı dəstək əsasında daha da möhkəmlənməsi bizi çox sevindirir. Bu dəstək beynəlxalq strukturlarda ölkələrimizlə bağlı bütün məsələlər barəsində bir-birimizi dəstəkləyəndə hiss olunur. Təbii ki, beynəlxalq qurumların fəal qarşılıqlı təsiri bizim milli maraqlarımızı daha tam qorumağa, habelə dünya siyasətinin bir sıra məsələlərinə dair həmrəy mövqedən çıxış etməyə imkan verir.

Həm BMT-, həm İslam Əməkdaşlıq Təşkilatında, başqa strukturlarda Azərbaycanı dəstəklədiyinə görə biz Özbəkistana çox təşəkkür edirik. Biz öz tərəfimizdən Sizin irəli sürdüyünüz bütün məsələlərdə təşəbbüslərdə Sizi həmişə dəstəkləyirik.

Prezident İlham Əliyev ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın mövcud  potensialından səmərəli istifadə etməyin vacibliyini vurğulayaraq bildirdi:

- Bu gün biz qarşılıqlı iqtisadi fəaliyyət məsələlərini ətraflı müzakirə edəcəyik. Mənim fikrimcə, bu sahədə görüləsi işlər hələ çoxdur. Düzdür, biz irəliləyirik, lakin güman edirəm ki, qarşılıqlı əmtəə dövriyyəsi qat-qat çox ola bilər. Əlbəttə, Hökumətlərarası Komissiyanın bu yaxınlarda keçirilmiş iclası, zənnimcə, bu sahədə prioritetləri münasibətlərin gələcək inkişaf yollarını müəyyən etmişdir. Yəqin ki, gələcəkdə gözlənilən konkret layihələr təşəbbüslər barədə bu gün bizə məruzə edəcəklər.

Sizi bir daha ürəkdən salamlamaq istəyirəm. Azərbaycanda Sizi çox sevir, hörmət edirlər. Siz bizim əziz qonağımızsınız. Xoş gəlmisiniz!

Özbəkistan Respublikasının Prezidenti İslam KƏRİMOV Azərbaycana yenidən gəlişindən Prezident İlham Əliyevlə  görüşündən məmnunluq duyduğunu bildirərək dedi:- Ümumiyyətlə, təkcə bizim regionda deyil, onun hüdudlarından uzaqda da geosiyasət o qədər tez-tez dəyişir ki, bizim görüşməyimiz zərurətə çevrilir. Özü bunun üçün hər hansı böyük sənədlər imzalanması vacib deyildir, sadəcə, bizim cavab tapmalı olduğumuz mürəkkəb məsələlər barədə fikir mübadiləsi aparmalıyıq.

Prezident İslam Kərimov bildirdi ki, Özbəkistan Azərbaycanı özünün strateji tərəfdaşı hesab edir xalqlarımız arasında oxşar cəhətlərin çoxluğu ölkələrimizi daha da yaxınlaşdıran amillərdir.

Özbəkistan dövlətinin başçısı dedi:

- Azərbaycan Özbəkistan üçün strateji tərəfdaşdır. Azərbaycan bizə həmişə, ilk növbədə, ümumi mənafelərimiz naminə yaxın olmuşdur. Təkcə bugünkü maraqlar baxımından deyil, həm tarixi keçmişimizlə bağlı, xalqlarımızın dil, mənəviyyat, mentalitet baxımından yaxınlığı ilə əlaqədar mürəkkəb məsələlərin həlli üçün bu tərəfdaşlıq vacibdir. Bizim üçün çox vacibdir ki, aramızda heç vaxt ziddiyyət, anlaşılmazlıq olmamışdır.

Artıq uzun illərdir ki, mən Özbəkistana rəhbərlik edirəm. Yadıma gəlmir ki, biz hər hansı problemi onun həlli baxımından müzakirə edərkən anlaşılmazlıq ya ciddi ziddiyyət yaransın. Məgər bu, bizim münasibətlərimizin həmişə qarşılıqlı anlaşma qarşılıqlı dəstək əsasında qurulmasına dəlalət etmirmi?! Ümid edirəm ki, bundan sonra da belə olacaqdır.         

 

 

AzərTAc

 

Azərbaycan.-2012.- 13 oktyabr.- S.1-2.