Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi olmuşdur

 

Özbəkistan Prezidenti İslam Kərimovun Azərbaycana rəsmi səfəri

 

 Oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Özbəkistan sənədlərinin imzalanma mərasimi olmuşdur.

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun Birgə Bəyanatı"nı Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan  Prezidenti İslam Kərimov imzaladılar.

"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Özbəkistan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2013-2015-ci illər üzrə Əməkdaşlıq Proqramı"nı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Özbəkistanın xarici işlər naziri Abdulaziz Kamilov imzaladılar.

"Azərbaycan Respublikası hökuməti və Özbəkistan Respublikası hökuməti arasında 2012-2015-ci illər üzrə iqtisadi əməkdaşlıq Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı"nı Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Özbəkistanın Baş nazirinin birinci müavini - maliyyə naziri Rustam Azimov imzaladılar.

 

 

AzərTAc

 

Azərbaycan.-2012.- 13 oktyabr.- S.2.