Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının bayrağının qaldırılması mərasimi keçirilmişdir

 

  İstanbulda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının bayrağının qaldırılması mərasimi keçirilmişdir.

Beşiktaş rayonunda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası baş katibliyinin binası qarşısında keçirilmiş mərasimdə Türkiyə və Qazaxıstan prezidentləri Abdullah GülNursultan Nazarbayev, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akınçı, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu türkdilli ölkələrin səfirliklərinin nümayəndələri iştirak etmişlər. 

A.Gül çıxışında 2009-cu ildə Naxçıvan sazişi ilə əsası qoyulmuş Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının türk dünyası xalqları arasında əlaqələrin gücləndirilməsində müstəsna xidmətlərini qeyd etmiş, bu işdə böyük əməyi olan dövlət başçılarına təşəkkürünü bildirmişdir.

Sonra təşkilatın bütün türkdilli ölkələrin rəmzləri əks olunmuş bayrağı qaldırılmışdır.

 

 

 Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

İstanbul

 

Azərbaycan.-2012.- 13 oktyabr.- S.3.