Yanq CİEN: Azərbaycan və
Çin xalqları arasında hər zaman dostluq münasibətləri
olmuşdur
Azərbaycan və Çin xalqları
arasında hər zaman dostluq münasibətləri
olmuşdur. İnanıram ki, bu münasibətlər gələcəkdə
daha da inkişaf etdiriləcəkdir.
Bu sözləri İkinci Bakı Beynəlxalq
Humanitar Forumunda iştirak edən Çin Xalq
Respublikasının "Peoble's Daily" qəzetinin şərhetmə
şöbəsinin direktoru Yanq Cien AzərTAc-a müsahibəsində
demişdir.
Azərbaycan ilə Çin arasında əlaqələrin
yaranmasında ulu öndər Heydər Əliyevin xidmətlərindən
danışan direktor bu münasibətlərin dərinləşməsində
Prezident İlham Əliyevin rolunu xüsusi
vurğulamışdır.
Azərbaycanda bütün sahələrdə
gedən dinamik inkişafa heyran qaldığını bildirən
Yanq Cien demişdir ki, Bakı şəhəri keçmişlə
müasirliyin və Qərblə Şərqin qovuşduğu
bir məkandır.
O qeyd etmişdir ki, gənc Azərbaycan
Respublikasında senzuranın ləğv edilməsi, kütləvi
informasiya vasitələrinin inkişafı, eləcə də
jurnalistlərin sosial vəziyyətinin
yaxşılaşdırılması üçün dövlət
tərəfindən həyata keçirilən tədbirlər
demokratiyanın və söz azadlığının təzahürüdür.
Çinli qonaq forumun yüksək səviyyədə
təşkil edildiyini və mövzuların çox
maraqlı olduğunu vurğulamışdır.
Azərbaycan.-2012.-
13 oktyabr.- S.7.