Semih İDIZ: İkinci
Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində «Müasir KİV-lər
və yeni çağırışlar» mövzusunda
keçirilən «dəyirmi masa» çox yüksək səviyyədə
təşkil olunmuşdur
İkinci
Bakı Beynəlxalq Humanitar Forum çərçivəsində
keçirilən "Müasir KİV-lər və yeni
çağırışlar" mövzusunda "dəyirmi
masa" çox yüksək səviyyədə təşkil
olunmuşdur. Mən belə forumların davamlı
olmasını arzulayıram.
Bu sözləri AzərTAc-a müsahibəsində
Türkiyənin "Milliyyet" qəzetinin əməkdaşı,
tanınmış siyasi icmalçı Semih İdız
söyləmişdir. Siyasi icmalçı bildirmişdir ki,
İkinci Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi
siyasət, elm, təhsil, mədəniyyət, mətbuat və
digər sahələrdə çalışan insanların
bir araya toplanması və müxtəlif mədəniyyətə
malik xalqlar arasında ünsiyyətin yaradılmasında
mühüm əhəmiyyət kəsb edir.
Semih İdız forumun müxtəlif sahələrdə
bir sıra məsələləri müzakirə etmək
üçün geniş imkanlar açdığını və
mədəni dialoq məsələlərinin müzakirəsi
üçün çox önəmli bir hadisə olduğunu
vurğulamışdır. Jurnalist demişdir: "Forumda
iştirak edən müxtəlif ölkələrin nümayəndələri
bir-biri ilə ünsiyyət qurur, təcrübə mübadiləsi
aparırlar ki, bu da çox faydalıdır. Azərbaycana təşəkkür
etmək lazımdır ki, belə xoşməramlı tədbirləri
təşkil etməklə müxtəlif ölkələrin
ziyalılarını bir araya gətirir və bəşəriyyəti
narahat edən problemin müzakirəsində, onların həll
yollarının tapılmasında əhəmiyyətli rol
oynayır".
Azərbaycan.-2012.-
13 oktyabr.- S.7.