Azərbaycan Prezidenti İlham Əliyev ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşavirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri Erik Rubinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edildi, iqtisadi sahədə əlaqələrimizin daha da genişləndirilməsi üçün böyük imkanların olduğu vurğulandı.

Görüşdə, həmçinin ölkələrimiz arasında enerji sahəsində yüksək səviyyəli əməkdaşlığın önəmi qeyd olundu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

 

AzərTAc

 

Azərbaycan.-2012.- 14 oktyabr.- S.1.