Azərbaycan Prezidenti İlham Əliyev UEFA-nın prezidentini qəbul etmişdir

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də UEFA-nın prezidenti Mişel Platinini qəbul etmişdir.

Görüşdə FİFA U-17 qadınlararası futbol üzrə dünya çempionatının Azərbaycanda yüksək səviyyədə təşkil olunmasından  məmnunluq ifadə edildi, yarışların ölkəmizdə böyük maraqla izlənildiyi bildirildi.

Görüşdə, həmçinin Azərbaycanda idmanın bütün növlərinin, o cümlədən futbolun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin önəmi vurğulandı.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 14 oktyabr.- S.1.