Bakıda futbol üzrə FIFA U-17 qadınlararası dünya çempionatı Fransa komandasının ələbəsi ilə başa çatmışdır

 

 Azərbaycan Prezidenti İlham Əliyev final oyununa baxmışdır

 

 Oktyabrın 13-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda futbol üzrə "FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan-2012"nin final oyunu keçirilmişdir. Finalda Fransanın Koreya Xalq Demokratik Respublikasının komandaları qarşılaşmışlar.

Azərbaycan Prezidenti İlham Əliyev final oyununa baxmışdır.

Avropa Futbol Federasiyaları Assosiasiyasının prezidenti Mişel Platini, FIFA İcraiyyə Komitəsinin üzvü Lydia Nsekera, beynəlxalq milli futbol qurumlarının rəhbərləri final oyununu izləmişlər.

Mundialda Fransa komandası qalib gəlmişdir.

Həlledici oyunun əsas hissəsi komandaların bərabərliyi (1:1) ilə başa çatmışdır. Oyundan sonrakı penalti zərbələrini daha dəqiq yerinə yetirən (7:6) Fransa futbolçuları "FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan-2012"nin kubokuna sahib olmuşlar.

Sonra təntənəli mükafatlandırma mərasimi keçirilmişdir.

Əvvəlcə final oyununun hakimləri mükafatlandırılmışlar.

"Fair play" - ədalətli oyun mükafatına Yaponiya komandası layiq görülmüşdür.

Daha sonra çempionatın ən məhsuldar futbolçusu, ən yaxşı qapıçısı ən yaxşı oyunçusu mükafatlandırılmışlar.

Çempionatı üçüncü yerdə başa vuran Qana millisinə bürünc medallar təqdim olunmuşdur.

Final oyununda məğlub olan Koreya Xalq Demokratik Respublikasının komandası gümüş medallarla mükafatlandırılmışdır.

Mundialın qalibi Fransa yığmasına qızıl medallar dünya çempionatının kuboku təqdim olunmuşdur.

Mükafatları Azərbaycan Prezidenti İlham Əliyev, UEFA-nın prezidenti Mişel Platini, FIFA İcraiyyə Komitəsinin üzvü Lydia Nsekera başqaları təqdim etmişlər.

Mükafatlandırma mərasimindən sonra yaşıl meydançadakı səhnəyə çıxan dünya şöhrətli müğənni Şakiranı 27 min azarkeş hərarətlə qarşılamışdır.

Bununla da Azərbaycanın ev sahibliyi etdiyi daha bir dünya çempionatı başa çatmışdır. Beynəlxalq yarışları keçirməkdə böyük təcrübəsi olan ölkəmizin tarixində ilk dəfə 17 yaşadək qadınlar arasında dünya çempionatı yüksək səviyyədə keçirilmişdir. Bu, Azərbaycanda keçirilən ilk böyük FIFA tədbiri Avrasiyada baş tutan ilk U-17 qadınlararası dünya çempionatı idi. Çempionatda Yaponiya, Koreya Xalq Demokratik Respublikası, Çin, Nigeriya, Qana, Qambiya, ABŞ, Kanada, Meksika, Braziliya, Uruqvay, Kolumbiya, Yeni Zelandiya, Fransa, Almaniya ev sahibi Azərbaycanın milli komandaları birincilik uğrunda mübarizə aparmışlar.

Dünya çempionatının oyunları paytaxt Bakı ilə yanaşı, Lənkəran şəhərində keçirilmişdir. Çempionat üçün beşi Bakıda, biri isə Lənkəranda olmaqla altı stadion ayrılmışdı. Bu stadionlardan üçü mundiala hazırlıq işləri çərçivəsində inşa olunmuşdur.

Dünya çempionatının açılış mərasimində iştirak edən FIFA prezidenti Yozef Blatter digər rəsmi qonaqlar mundialın yüksək səviyyədə təşkil olunduğunu dəfələrlə xüsusi vurğulamışlar.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 14 oktyabr.- S.2.