Dəmiryolçular
peşə bayramlarını qeyd
etmişlər
"Azərbaycan Dəmir
Yolları" Qapalı Səhmdar Cəmiyyətində (QSC)
13 Oktyabr - Dəmir yolu
işçilərinin peşə bayramı gününə
həsr edilmiş təntənəli
yığıncaq keçirilmişdir.
AzərTAc
xəbər verir ki, QSC-nin foyesində müstəqillik illərində
ölkənin polad magistralında həyata
keçirilən yenilikləri özündə əks etdirən
fotostendlər, videoçarx və "Azərbaycan
dəmir yolları müstəqillik illərində" sənədli
filmi nümayiş olunmuşdur.
Bayram tədbiri Azərbaycanın
dövlət himninin səsləndirilməsi
ilə başlanmışdır.
Nəqliyyat naziri Ziya Məmmədov dəmiryolçuları
peşə bayramları münasibətilə təbrik etmişdir. Bildirmişdir ki, son illərdə Azərbaycan
iqtisadiyyatının hərtərəfli və sürətli
inkişafı ulu öndər Heydər Əliyevin
uzaqgörənliklə müəyyən etdiyi
sosial-iqtisadi inkişaf
strategiyasına əsaslanır. Respublikamız bütün
sahələrdə böyük nailiyyətlərə
imza atır, iqtisadi inkişaf tempinə görə dünyanın
lider dövlətləri
sırasındadır. Bütövlükdə ölkə
iqtisadiyyatının, o cümlədən
nəqliyyat sisteminin inkişaf
konsepsiyası Prezident İlham
Əliyevin rəhbərliyi ilə təkmilləşdirilərək
uğurla davam etdirilir. Bu sahədə
aparılan ardıcıl islahatlar ölkənin
nəqliyyat sektorunu da
ən perspektivli sahələrdən birinə
çevirmişdir.
Nazir vurğulamışdır ki, Azərbaycan Dövlət Dəmir Yolunun inkişafının ən sürətli
və parlaq dövrü
ulu öndər Heydər Əliyevin
respublikamıza rəhbərliyinin birinci və
ikinci dövrlərini əhatə edir. Həmin illərdə dahi
rəhbərin fəaliyyəti sayəsində respublika
iqtisadiyyatının bütün sahələrində
olduğu kimi, dəmir
yolu nəqliyyatında da
əsaslı dəyişikliklərə və köklü
islahatlara təkan verilmişdir.
Bildirilmişdir ki,
görülən işlərin məntiqi davamı kimi, Prezident İlham Əliyevin 2010-cu il
iyulun 6-da "Azərbaycan
Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə
inkişafına dair Dövlət
Proqramı"nın təsdiq edilməsi haqqında
imzaladığı sərəncam dəmir yolunun
tarixində ən mühüm sənəddir. Proqramda
ölkənin dəmir yolu nəqliyyatının
sürətli inkişafını təmin edən bütün məqamlar öz
əksini tapmış və qarşıda qoyulan
vəzifələrin icrası istiqamətində mühüm addımlar atılmaqdadır. Dövlət proqramının əsas məqsədi
Azərbaycanın tranzit
potensialının artırılması, dəmir yolu nəqliyyatında xidmətlərin səviyyəsinin
yüksəldilməsi, sərnişin və yük
daşımalarında nəqliyyat xərclərinin
azaldılması yolu ilə nəqliyyat kompleksinin səmərəli fəaliyyətini
təmin etməkdir.
"Azərbaycan
Dəmir Yolları" QSC-nin sədri Arif Əsgərov çıxış edərək,
ölkəmizdə dəmir yolunun yaranma tarixi barədə ətraflı
məlumat vermişdir. Qeyd
etmişdir ki, Azərbaycanda
dəmir yolunun təməli hələ
1878-ci ildə qoyulmuş və
inşası 1880-ci ilin yanvar
ayında başa
çatmışdır. Bu, uzunluğu 20 kilometr olan Bakı-Suraxanı-Sabunçu dəmir yolundan ibarət olmuşdur.
Həmin tarixi dövrdən başlayaraq
Azərbaycan dəmir yolu yük
daşınmasına olan tələbatın
artması ilə əlaqədar inkişaf
etmiş və təkmilləşmişdir.
Hazırda baş yolların ümumi uzunluğu 2 min 910,1 kilometr, istismar uzunluğu 2 min 79,3 kilometrdir ki, onlardan da
802,3 kilometri ikiyolludur.
Yolun ümumi istismar uzunluğunun
1241,4 kilometri və ya
59,7 faizi elektrikləşdirilmiş, 837,9 kilometri, yəni, 40,3 faizi teplovoz dartısı ilə işləyir. Həmçinin
1527,7 kilometri
avtomatlaşdırılmış işarəvermə sistemi ilə təchiz edilmişdir.
QSC-nin sədri
vurğulamışdır ki, erməni hərbi birləşmələri
tərəfindən Azərbaycan ərazilərinin 20 faizinin
işğal edilməsi və bir milyondan çox azərbaycanlının
qaçqın düşməsinə gətirib
çıxaran hərbi təcavüz nəticəsində Azərbaycan
dəmir yoluna da ciddi ziyan dəymişdir. Belə ki, 240
kilometrdən çox dəmir yolu xətti işğal
altında qalmışdır. Mehri-Kərçivan sahəsində
qatarların hərəkətinin dayandırılması nəticəsində
Naxçıvan Muxtar Respublikası blokadaya
düşmüş və 20 ildən çoxdur ki, onun
acı nəticələrini öz üzərində hiss edir.
A.Əsgərov qeyd etmişdir ki, ölkəmiz
beynəlxalq və regional layihələrin, o cümlədən
Bakı-Tbilisi-Qars və Şimal-Cənub nəqliyyat layihələrinin
reallaşması prosesində də fəal iştirak edir. Azərbaycanın
daha çox önəm verdiyi beynəlxalq layihələrdən
biri olan Bakı-Tbilisi-Qars beynəlxalq dəmir yolu layihəsinin
reallaşması məsələsi Azərbaycan,
Gürcüstan, Türkiyə hökumətləri və dəmir
yolları rəhbərlərinin
də diqqət mərkəzindədir. Bu, hər üç
ölkənin, eyni zamanda, həmin nəqliyyat dəhlizinin xidmətlərindən
istifadə etmək
marağında olan başqa ölkələrin də
sıx nəqliyyat əlaqələri
qurmasına böyük imkanlar açacaqdır.
Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin
tikintisində "Azərbaycan Dəmir Yolları" QSC-nin
"Dəmiryolservis" Məhdud Məsuliyyətli Cəmiyyətinin
kollektivi podratçı təşkilat kimi iştirak edir. Bu
ilin sonuna kimi ilk qatarın Türkiyə sərhədinədək
göndərilməsi nəzərdə tutulmuşdur. Layihə tam olaraq 2014-cü ildə istismara
veriləcəkdir.
"Azərbaycan
Dəmir Yolları" QSC-nin 2012-ci ilin 9
ayı ərzində istehsalat və maliyyə-təsərrüfat
fəaliyyəti ilə bağlı göstəriciləri barədə
ətraflı məlumat verən A.Əsgərov bildirmişdir ki, əsası
ulu öndər Heydər Əliyev tərəfindən
qoyulan dəmir yolu nəqliyyatının inkişaf
strategiyası Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət
başçısının 2005-ci il 7 oktyabr tarixli sərəncamı
ilə 13 oktyabr - Dəmir yolu
işçilərinin peşə bayramı günü
kimi təsis olunmuşdur.
Artıq 8 ildir ki, bu bayram sevincini
sizinlə bölüşürük. Hər il olduğu
kimi, bu il də Prezident İlham Əliyev peşə bayramımız ərəfəsində
bir qrup dəmiryolçunu
ali dövlət mükafatları və fəxri
adlarla təltif etmişdir.
Ölkənin dəmir yoluna və dəmiryolçulara
göstərdiyi bu böyük
diqqət və qayğıya görə dövlət
başçısına bir daha dərin minnətdarlığımızı
bildiririk.
Çıxışlardan
sonra dəmir yolu nəqliyyatının
inkişafında xidmətlərinə görə təltif
edilən bir qrup dəmiryolçuya
Nəqliyyat Nazirliyinin fəxri fərmanı
və "Fəxri dəmiryolçu" döş
nişanı təqdim edilmişdir.
Sonda tədbir
iştirakçıları adından Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə müraciət
qəbul olunmuşdur.
Azərbaycan.-2012.-
14 oktyabr.- S.2.