Gömrük brokerlərinin dövlət reyestrinin aparılması qaydaları

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 oktyabr tarixli 230 nömrəli qərarı ilə təsdiq edilmişdir                                                                                         

 

 1. Ümumi müddəalar

1.1. Bu qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 22.5-ci maddəsinə uyğun olaraq hazırlanmışdır gömrük brokerlərinin dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir.  

1.2. Gömrük brokerlərinin dövlət reyestrinin aparılması Gömrük Məcəlləsinin 22-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (bundan sonra - Komitə) tərəfindən həyata keçirilir.

1.3. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq gömrük brokeri fəaliyyəti üçün lisenziya almış hüquqi şəxslər gömrük brokerlərinin dövlət reyestrinə daxil edilirlər.

1.4. Gömrük brokerlərinin dövlət reyestrinin aparılması kağız üzərində yazılı elektron formada həyata keçirilir.

1.5. Komitə gömrük brokerlərinin dövlət reyestrinə daxil edilmiş gömrük brokerlərinin adları haqqında məlumatları öz mətbu orqanında nəşr edir, rəsmi internet saytında yerləşdirir eyni zamanda, dövlət reyestrində olan dəyişikliklər barədə yeniləşdirilmiş məlumatların üç ayda bir dəfədən az olmayaraq, Komitənin rəsmi internet saytında yerləşdirilməsini təmin edir.

 

2. Gömrük brokerlərinin dövlət reyestrinə daxil edilən məlumatlar

Gömrük brokerlərinin dövlət reyestrinə daxil edilən məlumatlar bu qaydaların əlavəsində göstərilən formada tərtib edilir.

 

3. Gömrük brokerlərinin dövlət reyestrində dəyişikliklərin edilməsi

Gömrük brokerinin lisenziyası yenidən rəsmiləşdirildikdə, dövlət reyestrində müvafiq dəyişikliklər edilir.

 

4. Gömrük brokerlərinin dövlət reyestrindən çıxarılması

4.1. Gömrük brokerinə verilmiş lisenziyanın müddəti bitdikdə, lisenziyanın fəaliyyəti dayandırıldıqda ya lisenziya ləğv edildikdə gömrük brokeri dövlət reyestrindən çıxarılır.

4.2. Lisenziyası bərpa olunmuş gömrük brokeri yenidən gömrük brokerlərinin dövlət reyestrinə daxil edilir.

 

 

Azərbaycan.-2012.- 14 oktyabr.- S.6.