Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

 ¹ 230 Bakı şəhəri, 12 oktyabr 2012-ci il

 

"Gömrük brokerlərinin dövlət reyestrinin aparılması Qaydaları"nın təsdiq edilməsi haqqında

 

"Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli fərmanının 1.1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Gömrük brokerlərinin dövlət reyestrinin aparılması Qaydaları" təsdiq edilsin (əlavə olunur).

 

 

Artur Rasi-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2012.- 14 oktyabr.- S.6.