Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

 ¹ 227 Bakı şəhəri, 12 oktyabr 2012-ci il

 

 Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan  Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında  2012-ci il 6 mart tarixli 58 nömrəli qərarla bağlanmış "Azərbaycan Respublikasının Nazirlər Kabineti,  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2012-2013-cü illər üçün Baş Kollektiv Saziş"də dəyişiklik edilməsi haqqında

 

"Həmkarlar ittifaqları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 412-IVQD nömrəli qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 17 iyul tarixli 2373 nömrəli sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti  qərara alır:

Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2012-ci il 6 mart tarixli 58 nömrəli qərarla bağlanmış "Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2012-2013-cü illər üçün Baş Kollektiv Saziş"in (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 3, maddə 259) 6.4-cü bəndinin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

"Üzvlük haqları 4 iş günü müddətində həmin idarə, müəssisə və təşkilatın həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülür.".

 

 

 Artur Rasi-zadə,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2012.- 14 oktyabr.- S.6.