Moskvada RAGT-nin illik forumu keçirilmişdir
Moskvada, "Holidey İnn Moskva Sokolniki" hotelində Rusiyanın Azərbaycanlı Gənclər
Təşkilatının (RAGT) illik forumu keçirilmişdir.
Forumun açılış
mərasimində RAGT-nin
sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA Beynəlxalq
ekologiya kampaniyasının
təsisçisi Leyla
Əliyeva, habelə Azərbaycanın və Rusiyanın rəsmi şəxsləri iştirak
etmişlər.
Forum başlanmazdan
əvvəl Rusiyanın
Ümumdünya Vəhşi
Təbiət Fondu
(WWF-Rossiya) və IDEA Beynəlxalq kampaniyası arasında əməkdaşlıq
haqqında sazişin təntənəli imzalanma
mərasimi olmuşdur. Sənədi
IDEA kampaniyasının təsisçisi
Leyla Əliyeva və Rusiyanın Ümumdünya Vəhşi
Təbiət Fondunun sədri İqor Çestin imzalamışlar.
Əməkdaşlıq haqqında
sazişdə Rusiyanın
və Azərbaycanın
təbiətinin qorunması
sahəsində qabaqcıl
ekoloji praktika, texnologiya və standartların tətbiqi, populyarlaşması, əhalinin
ekoloji şüurunun formalaşması istiqamətlərində
qarşılıqlı fəaliyyətin
genişləndirilməsi, habelə
Avropa zubrunun və Orta Asiya
bəbirinin populyasiyasının
bərpası proqramlarının
inkişaf etdirilməsi
nəzərdə tutulur.
RAGT-nin sədri
Leyla Əliyeva "Azərbaycan" sərgisi
ilə tanış
olmuşdur.
İmzalanma mərasimindən sonra
RAGT-nin illik forumu açılmışdır.
Əvvəlcə Azərbaycan Respublikasının
və Rusiya Federasiyasının dövlət
himnləri səslənmişdir.
Təntənəli tədbiri Azərbaycanın
Rusiyadakı səfiri
Polad Bülbüloğlu
açmışdır. Səfir ötən beş ildə
bu təşkilatın
böyük uğurlar
qazandığını qeyd
etmişdir. Onun fikrincə, bu
gün RAGT inamla təşkilatlanır, ölkəmizin
hüdudlarından kənarda,
o cümlədən Rusiyada
Azərbaycanın imicinin
formalaşması məsələsinə
düşünülmüş, savadlı, proqram mövqeyindən yanaşır.
Səfir demişdir:
"Sizin daha yaxşı gələcəyə
istiqamətlənməyiniz, qeyri-standart qərarlar qəbul etmək bacarığınız azərbaycanlıların
keyfiyyətcə yeni,
kreativ təfəkkürlü
nəslinin yetişməsinə
dəlalət edir. Bu gün RAGT Rusiyanın
bütün regionlarını
əhatə edən və ölkələrimizin
gələcəyi üçün
çox böyük əhəmiyyətə malik
olan mühüm gənclər təşkilatlarından
birinə çevrilmişdir".
Sonra RAGT-nin fəaliyyəti
haqqında sənədli
film nümayiş etdirilmişdir.
Tədbirin moderatoru, Rusiyanın məşhur
teleaparıcısı Andrey Malaxov RAGT-nin fəaliyyəti barədə
səmimi söhbət açmış, sonra isə
çıxış üçün bu gün yenidən
RAGT-nin sədri seçilmiş Leyla xanım Əliyevaya
söz vermişdir.
Azərbaycan.-2012.-
14 oktyabr.- S.7.