Məşhur müğənni və bəstəkar Emin Ağalarovun mahnısı ABŞ-ın «Billboard» jurnalının musiqi hit-paradının iyirmiliyinə daxil olmuşdur

 

 Tanınmış müğənni və bəstəkar Emin Ağalarovun  "After the Thunder" albomundan olan "Baby get higher" mahnısı  ABŞ "Billboard" jurnalının musiqi hit-paradının iyirmiliyinə daxil olmuşdur.

AzərTAc müğənninin rəsmi internet saytına istinadla xəbər verir ki, "Baby Get Gigher" mahnısı hit-paradda 19-cu pillədə yer almışdır.

Emin Ağalarov "After the Thunder" albomunu yenidən təbliğ etmək məqsədi ilə gələn həftə ABŞ-a yola düşəcəkdir.

"After the Thunder" albomundakı mahnılardan 11-i ingilis, 2-si isə rus dilindədir. Müğənninin Bakıda keçirilmiş "Eurovision-2012" mahnı müsabiqəsinin finalında oxuduğu "Never enough" mahnısı da alboma daxildir.

 

 

Azərbaycan.-2012.- 14 oktyabr.- S.7.