Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Mahmud Əhmədinejad ilə
görüşmüşdür
Oktyabrın 15-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev İran
İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad ilə
görüşmüşdür.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev İran İslam
Respublikasının Prezidenti Mahmud Əhmədinejadı
qarşıladı.
Görüşdə İqtisadi Əməkdaşlıq
Təşkilatının 12-ci Zirvə Toplantısının
önəmi vurğulandı, bu tədbirin region ölkələri
arasında əməkdaşlığın bundan sonra da
genişləndirilməsi işinə öz töhfəsini
verəcəyinə əminlik ifadə olundu. Dövlət
başçıları Azərbaycan Respublikası ilə
İran İslam Respublikası arasında ikitərəfli
münasibətlərin siyasi, iqtisadi, mədəni sahələrdə
inkişafından məmnunluqlarını ifadə etdilər, əlaqələrin
iqtisadi, ticarət, o cümlədən, enerji, nəqliyyat və
digər sahələrdə genişləndirilməsi
üçün yaxşı potensialın olduğunu
vurğuladılar. Xalqlarımız arasında mədəni,
tarixi yaxınlığın əlaqələrimizin daha da
inkişaf etdirilməsi işinə yaxşı zəmin
yaratdığı bildirildi, ölkələrimiz arasında
münasibətlərin inkişafının regional əməkdaşlığa
töhfəsini verəcəyi qeyd olundu.
Əlaqələrimizin inkişafında
yüksək səviyyəli qarşılıqlı səfərlərin
önəmini vurğulayan prezidentlər ölkələrimiz
arasında ikitərəfli münasibətlərin bundan sonra
da inkişaf edəcəyinə əmin olduqlarını
bildirdilər.
Görüşdə
qarşılıqlı maraq doğuran bir sıra məsələlər
ətrafında fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.-2012.-
16 oktyabr.- S.1.