Prezident İlham Əliyev Litvanın Azərbaycanda yeni təyin olunmuş səfirinin
etimadnaməsini qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də
Litva Respublikasının ölkəmizdə yeni təyin
olunmuş fövqəladə və səlahiyyətli səfiri
Arturas Jurauskasın etimadnaməsini qəbul etmişdir.
Səfir fəxri qarovul dəstəsinin
qarşısından keçdi.
Səfir Arturas Jurauskas etimadnaməsini
Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti
səfir ilə söhbət etdi.
Dövlət başçısı Azərbaycan Respublikası
ilə Litva Respublikası arasında ikitərəfli əlaqələrin
bütün istiqamətlərdə
qarşılıqlı maraqlar
əsasında genişləndiyini
vurğuladı. Ölkələrimiz arasında əməkdaşlığın
siyasi sahədə uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev əlaqələrin
iqtisadi sahədə inkişaf etdirilməsi üçün də böyük imkanların olduğunu bildirdi. Dövlət
başçısı ölkələrimiz
arasında münasibətlərin
gələcəkdə də
dinamik şəkildə
inkişaf edəcəyinə
ümidvar olduğunu bildirdi və səfirə diplomatik fəaliyyətində uğurlar
arzuladı. Litva
Respublikasının ölkəmizdəki
səfiri Arturas Jurauskas Azərbaycan kimi dost dövlətdə
ölkəsini təmsil
etməkdən şərəf
duyduğunu dedi. Səfir Litva Respublikasının Prezidenti Dalya Qribauskaytenin salamlarını
dövlət başçısına
çatdırdı. Arturas Jurauskas
ölkəsinin dövlət
başçısının Prezident İlham Əliyevlə görüşünü
məmnunluqla xatırladığını
vurğuladı.
Dövlət başçısı Prezident Dalya Qribauskaytenin salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını Litva dövlətinin başçısına çatdırmağı
xahiş etdi. Litva Respublikasının Prezidenti
ilə keçirdiyi görüşü məmnunluqla
xatırlayan Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin
genişlənməsində yüksək səviyyəli
qarşılıqlı səfərlərin
önəmini qeyd etdi.
Görüşdə Litvanın Azərbaycan-Avropa
İttifaqı əməkdaşlığına
töhfə verəcəyinə
əminlik ifadə olundu.
AzərTAc
Azərbaycan.-2012.-
16 oktyabr.- S.1.