Əfqanıstan Prezidenti
Həmid Kərzai Azərbaycana səfərə gəlmişdir
Əfqanıstan İslam
Respublikasının Prezidenti Həmid Kərzai İqtisadi Əməkdaşlıq
Təşkilatının üzvü olan ölkələrin
dövlət və hökumət
başçılarının Bakıda keçiriləcək
zirvə toplantısında iştirak etmək
üçün oktyabrın 15-də Azərbaycan
Respublikasına səfərə gəlmişdir.
İqtisadi Əməkdaşlıq
Təşkilatının üzvü olan ölkələrin
dövlət bayraqlarının dalğalandığı Heydər
Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə
fəxri qarovul dəstəsi düzülmüşdü.
Əfqanıstan Prezidentini hava
limanında Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər
naziri Hüseynqulu Bağırov və digər rəsmi şəxslər
qarşıladılar.
AzərTAc
Azərbaycan.-2012.-
16 oktyabr.- S. 2.