Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana səfərə
gəlmişdir
Tacikistan Respublikasının Prezidenti
Emoməli Rəhmon İqtisadi Əməkdaşlıq
Təşkilatının üzvü olan ölkələrin dövlət və
hökumət başçılarının Bakıda
keçiriləcək zirvə toplantısında iştirak etmək üçün
oktyabrın 15-də Azərbaycan Respublikasına səfərə
gəlmişdir.
İqtisadi Əməkdaşlıq Təşkilatının
üzvü olan
ölkələrin dövlət bayraqlarının
dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali
qonağın şərəfinə fəxri qarovul
dəstəsi düzülmüşdü.
Tacikistan Prezidentini hava limanında Azərbaycan
Respublikası ekologiya və təbii sərvətlər naziri
Hüseynqulu Bağırov və digər rəsmi şəxslər
qarşıladılar.
AzərTAc
Azərbaycan.-2012.-
16 oktyabr.- S. 2.