Azərbaycan-İran münasibətləri normal inkişaf edir
İki qardaş dövlət və xalq arasında
heç bir anlaşılmazlıq yoxdur
Mürəkkəb geosiyasi coğrafi
məkanda yerləşən
Azərbaycan Respublikasının
həyata keçirdiyi
xarici siyasətin üstünlüklərindən biri dünyanın mütərəqqi dövlətləri
ilə siyasi, iqtisadi, diplomatik münasibətlərin qurulması
və qarşılıqlı
etimad əsasında inkişaf etdirilməsidir.
Bu çərçivədə, xüsusən münasibətlərin
mövcud olduğu
region və həmsərhəd
dövlətlərlə əməkdaşlıq
əlaqələrinin sivil
müstəvidə həyata
keçirilməsi və
daim genisləndirilməsi
rəsmi Bakının
xarici siyasətdə müəyyən
etdiyi əsas meyarlardandır.
Ulu öndər
Heydər Əliyevin
1993-cü ildə hakimiyyətə
qayıdışından sonra
ölkəmizin xarici siyasətində bərqərar
olmuş bu mütərəqqi ənənənin
yeni dünya nizamında Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilməsi, dövrün tələblərindən
irəli gələrək
məzmun və keyfiyyətcə yeniləşdirilməsi
son 9 ildə Azərbaycanın
həm beynəlxalq, həm regional imicinin yüksəlməsinə əhəmiyyətli
dərəcədə təsir
göstərmişdir. Qonşu Gürcüstan
və Rusiya ilə əlaqələrin
davamlı inkişafı,
Türkmənistanla münasibətlərin
istiləşməsi deyilənlərin
bariz nümunəsidir.
Azərbaycanın yerləşdiyi regionda
geniş əlaqələrə
malik olduğu dövlətlərdən biri
də İran İslam Respublikasıdır. Əhalisinin böyük hissəsi azərbaycanlılardan ibarət
olan bu ölkə
ilə müstəqil
Azərbaycan dövlətini
ortaq, mədəni və mənəvi dəyərlər bağlayır.
Qeyd edək ki, İranla münasibətlərin keyfiyyətcə
yeni mərhələyə
qədəm qoyması ulu
öndər Heydər
Əliyevin hakimiyyətə
qayıdışından sonrakı
dövrə təsadüf
edir. Məhz bundan sonra bütün
sahələr üzrə
əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutan bir sıra mühüm
sənədlərin imzalanması,
əvvəllər iki
dövlət arasında
münasibətlərdə olan soyuqluğun aradan qalxmasına və əlaqələrin
möhkəmlənməsinə təkan verdi.
Naxçıvanda İranın, Təbrizdə
isə Azərbaycanın
Baş Konsulluğunun
açılması ölkələrimiz
arasında siyasi münasibətlərin daha
da möhkəmlənməsinin
bariz nümunəsi hesab oluna bilər.
İqtisadi əlaqələrin
genişlənməsi isə
Azərbaycanla İran
arasında əmtəə
dövriyyəsinin artmasına
güclü təkan verdi. Azərbaycanda
İran müəssisələrinin
fəaliyyətinə lazımi
imkan yaradılmış
və bu gün də iranlı iş adamları Azərbaycan iqtisadiyyatının müxtəlif
sahələrinə sərmayə
yatırmaqda davam edirlər. İranla Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində
də səmərəli
əməkdaşlıq edirlər
və bir-birilərinin dövlət
maraqlarını qorumaqla
yanaşı, beynəlxalq
səviyyəli müxtəlif
məsələlərə münasibətdə eyni mövqedən çıxış
edirlər.
Rəsmi Bakı
cənub qonşusu ilə əlaqələrin
inkişafına həmişə
diqqət və həssaslıqla yanaşmış,
münasibətlərin yüksələn
xətlə inkişafına
çalışmışdır. Azərbaycan ikitərəfli əlaqələrə
azacıq da olsa kölgə salacaq addım atmamış, habelə beynəlxalq müstəvidə
İranın milli maraqlarına zidd olan təşəbbüslərə
və siyasi qarşıdurmalara qoşulmamışdır.
Xüsusən İranın nüvə
proqramı ilə bağlı müzakirələrdə
Azərbaycan bu ölkəyə qarşı
hərbi müdaxilələri
və siyasi-iqtisadi sanksiyaları dəstəkləməmişdir
və bu mövqeyində qətiyyətlidir.
İranda hər hansı
xoşagəlməz hadisənin
baş verməsi, bu ölkənin münaqişəyə cəlb
edilməsi, başqa dövlətlə toqquşması
Azərbaycanın ümumi
geopolitik, siyasi və iqtisadi maraqları ilə uzlaşmır. Azərbaycan istəyir
ki, bölgədə sabitlik olsun, o cümlədən İran
digər ölkələrlə
öz münasibətlərini
sülh və əmin-amanlıq şəraitində
qursun. Digər tərəfdən, rəsmi Bakı İranın daxili işlərinə qarışmamış,
bu qonşu ölkədə hər zaman əmin-amanlığın
olmasını arzulamışdır.
Azərbaycan həmişə öz
cənub qonşusunun ərazi bütövlüyünü
dəstəkləmişdir. Bu baxımdan ölkəmiz bəzi xarici dairələrdə, mətbuatda özünü
büruzə verən
spekulyasiyalara
daim qarşı
çıxmış, İranın
milli və dövlət maraqlarına
toxunan fəaliyyəti
heç bir vaxt dəstəkləməmişdir.
Bu gün həm Azərbaycan, həm də İran tərəfi dövlətlərarası münasibətlərin
bütün istiqamətlərində
qarşılıqlı maraqların
təmin olunması üçün müxtəlif
tədbirlər həyata
keçirir. Oktyabrın
14-də İranın ölkəmizdə
yeni təyin olunmuş fövqəladə
və səlahiyyətli
səfirinin etimadnaməsini
qəbul edən Prezident İlham Əliyev Azərbaycan ilə İran arasında əlaqələrin
inkişafına toxunaraq
əməkdaşlığın gələcəkdə də
uğurla gedəcəyinə əminliyini
ifadə etmiş, ikitərəfli münasibətlərimizin
çoxşaxəli olduğunu
və bir çox sahələri əhatə etdiyini bildirmişdir.
Müştərək tarix, din və digər mənəvi dəyərlərlə bir-birinə
bağlı olan Azərbaycan və İran respublikaları arasındakı münasibətlər
hazırda yüksələn
xətlə inkişaf
etməkdədir. Bunu iki ölkənin prezidentlərinin,
nümayəndə heyətlərinin
qarşılıqlı səfərləri
və bu zaman aparılan danışıqların yekunu,
imzalanan sənədlər
də təsdiq edir. Bu səfərlər
zamanı dövlətlərarası
münasibətlərin müxtəlif
aspektləri müzakirə
olunmuş, qarşılıqlı
əlaqələrin daha
da genişləndirilməsinin
vacibliyi vurğulanmış
və danışıqların
yekunu olaraq siyasi, iqtisadi və mədəni əlaqələrin dərinləşməsi
üçün yeni imkanlar açılmışdır.
İran İslam Respublikasının
Prezidenti Mahmud Əhmədinejadın
Azərbaycana səfəri
də iki ölkənin münasibətlərinin
normal məcrada inkişafının
təsdiqidir. Bu
səfər həm də ondan xəbər
verir ki, Azərbaycan və İran dövlətləri
və onların xalqları arasında heç bir anlaşılmazlıq yoxdur.
Aparılan səmərəli fikir mübadilələri
göstərir ki, iki ölkə arasında qarşılıqlı
səmimiyyətə söykənən
dostluq münasibətləri
çox güclü və qırılmazdır.
Hər iki dövlət bütün məsələlərə
münasibətdə vahid
mövqedən yanaşır.
Azərbaycan və İran prezidentləri hər zaman əlaqələrin genişləndirilməsi üçün
daha böyük potensialın olduğunu qeyd edirlər. Bu da ondan irəli gəlir ki, həm Azərbaycanın,
həm də İranın bütün sahələrdə əlaqələri
daha da genişləndirmək
üçün kifayət
qədər siyasi iradəsi və qətiyyəti var.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-2012.-
16 oktyabr.- S.7.