Azərbaycanın hər bir qələbəsi Ermənistanın faciəsidir

 

 2012-ci ilin ötən doqquz ayında sosial-iqtisadi inkişaf daha geniş miqyas alıb

 

 Son 9 ilin sosial-iqtisadi göstəriciləri Avratlantik məkana inteqrasiya kursunu əzmlə davam etdirən, transmilli enerjikommunikasiya layihələrinin lokomotivinə çevrilərək Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan müstəqil respublikamızın iqtisadi sahədəki uğurlarının ardıcıl xarakter daşıdığını sübuta yetirir. Bütün bunlar həm də ölkə başçısının müəyyənləşdirdiyi iqtisadi prioritetlərin dayanıqlı əsaslara söykəndiyini, respublikanın gerçək potensialı ilə uzlaşdığını təsdiq edir.

Qlobal maliyyə böhranı bir sıra dünya ölkələrinin iqtisadi inkişafına ciddi zərbə vursa da, Azərbaycanda sistemlidüzgün koordinasiya olunmuş preventiv tədbirlər nəticəsində bütün makroiqtisadi paramertlər üzrə inkişaf təmin edilmişdir. Maliyyə resurslarının səmərəli realizəsi hökumətin qarşısında duran vəzifələri həyata keçirməyə, iqtisadiyyatın inkişafı üçün zəruri maliyyə əsaslarının formalaşdırılmasına da əlverişli imkanlar yaratmışdır. Bu baxımdan ötən ilin yekunları və cari ildə əldə olunan makroiqtisadi nəticələr deməyə əsas verir ki, ölkə iqtisadiyyatı davamlı inkişaf edir.

Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan hazırda rəqabət qabiliyyətinə görə Müstəqil Dövlətlər Birliyi məkanında birinci yerdədir. Bir sıra beynəlxalq reytinq agentlikləri Azərbaycanda gedən iqtisadi inkişafı yüksək qiymətləndirmişlər. Belə ki, "Moods İnvestors Servises" beynəlxalq reytinq agentliyi Azərbaycan Respublikasının istiqrazlarına təyin etdiyi "Ba1" reytinqini təsdiq edərək xarici valyuta üzrə "Baa2" və yerli valyuta üzrə "A3" reytinqlərin proqnozunun "sabit"dən "pozitiv"ə qaldırılması barədə qərar qəbul etmişdir. Bunlar dövlətin fiskal dayanıqlığını təmin edən işlərin, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərinin, qeyri-neft sektorunun inkişafına dövlət investisiyalarının həcminin əhəmiyyətli dərəcədə artımı hesabına əldə edilmişdir. Bundan başqa, "Fitch Ratings" beynəlxalq reytinq agentliyi təyin etdiyi uzunmüddətli yerlixarici valyuta reytinqini "BBB" investisiya səviyyəsində saxlayaraq reytinq üzrə proqnozun "sabit"dən "pozitiv"ə dəyişdirilməsi barədə qərar qəbul etmişdir.

MDB dövlətlərinin büdcə vəsaitləri 2003-2012-ci illərdə ən yaxşı halda 3-4 dəfə artdığı halda respublikamızda bu göstərici üzrə fərq 10 dəfədən çoxdur. Azərbaycanın büdcə gəlirlərinin illik artım tempi ötən dövrdə orta hesabla 30-40 faiz artımla müşayiət olunmuşdur. Məsələn, əgər 2003-cü ildə büdcə gəlirləri 1 milyard 200 milyon manat təşkil edirdisə, 2012-ci ildə bu rəqəm 17 milyard manatı ötmüşdür. Cari ilin 9 ayında qeyri-neft sektoru 10 faizdən artıq yüksəlib. Ölkəmiz orta gəlirli dövlətlər qrupunda öz mövqeyini daha da möhkəmlətmişdir. Manatın paritet qiymətlərdə adambaşına düşən ÜDM həcmi 10 min ABŞ dollarını ötür. Bu göstəriciyə görə Azərbaycan dünyanın 100 ölkəsini geridə qoyur.

Prezident İlham Əliyev 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda bildirib: "Ölkə iqtisadiyyatı uğurla inkişaf edirdoqquz ayın yekunları bunu bir daha əyani şəkildə göstərir. Bütün makroiqtisadi göstəricilərimiz yüksək səviyyədədir, iqtisadiyyatımız doqquz ayda 1,1 faiz artmışdır. Ancaq qeyri-neft iqtisadiyyatımız 10,3 faiz artmışdır. Son aylar və illər ərzində bu, ən vacib göstəricidir. Çünki məqsədimiz məhz ondan ibarətdir ki, ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf etsin. Əlbəttə, qeyri-neft iqtisadiyyatının inkişafı imkan verəcəkdir ki, gələcəkdə Azərbaycan neft-qaz amilindən asılılığını böyük dərəcədə aşağı endirə bilsin".

Bazar iqtisadiyyatı prinsipləri bir sıra liberal xüsusiyyətləri ilə yanaşı, əhalinin sosial müdafiəsi institutunun yaradılması kimi sosialyönümlü tədbirləri də özündə ehtiva edir. Bu mənada bazar iqtisadiyyatı və əhalinin sosial müdafiəsi bir-biri ilə üzvi şəkildə bağlıdır. Sosial müdafiə sistemi ilk növbədə hər bir insanın konstitusion hüquqlarının müdafiəsini nəzərdə tutur. Onun vasitəsilə həm də əhalinin əmlak sahəsində mövcud olan bərabərsizliyinin müəyyən dərəcədə aradan qaldırılmasını nəzərdə tutan, vətəndaşların bütün təbəqələri üçün eyni başlanğıc şərtlərini təmin edən sosial ədalət prinsipləri reallaşır. Azərbaycan bunlarla yanaşı, həm də regionların sosial-iqtisadi inkişafına xidmət edən mühüm dövlət proqramlarını, fərman və sərəncamları uğurla icra etmiş, həyata keçirilən sosial infrastruktur layihələri nəticəsində bölgələrin siması dəyişmiş, sahibkarlığın inkişafı, yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, yeni yerlərinin açılması naminə sistemli addımlar atılmışdır.

2012-ci ilin ötən dövrünün ən yaddaqalan sosial layihələrindən biri də ölkə başçısının 2012-ci il 14 mart tarixdə vətəndaşların keçmiş SSRİ Əmanət Bankında qalan əmanətlərinin fərdi birdəfəlik qaytarılmasını nəzərdə tutan xüsusi fərman imzalaması və iyun ayının 1-dən bu prosesin reallaşmasıdır. Vətəndaşları uzun illərdən bəri qayğılandıran bu məsələnin uğurlu həllini tapması sosial məsələlərin həllinin ölkə başçısının daimi diqqət mərkəzində olduğunu göstərir. SSRİ dövründən qalmış əmanətlərin qaytarılması prosesi uğurla həyata keçirilir. 871 min əmanətçiyə nəzərdə tutulan vəsaitin artıq 30 faizi, təxminən 366 milyon manatı ödənilmişdir.

Ötən 9 ildə uğurla gerçəkləşdirilən sosial-iqtisadi islahatların - davamlı və tarazlı inkişafı stimullaşdıran dövlət proqramlarının, ictimai həyatın bütün sahələrini əhatə edən fərman və sərəncamların nəticəsi olaraq respublikamız dünyanın sürətli inkişaf yolunda olan, qlobal maliyyə-iqtisadi böhrandan uğurla çıxan dövlətlərindən biri kimi tanınır.

Özəl sektorun inkişafının sürətləndirilməsi, bu sahəyə maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədi ilə dövlət vəsaitləri hesabına sahibkarların investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsinin daha effektiv mexanizmi formalaşdırılmışdır. Kiçikiri sahibkarlara dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin ildən-ilə artırılması, adamlarının fəaliyyətinə süni müdaxilələrin aradan qaldırılması, antiinhisarkorrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi adamları tərəfindən də razılıqla qarşılanır. Hazırda özəl sektorun ümumi daxili məhsuldakı payı 82 faiz təşkil edir. Demokratikləşmə prosesinə keçid mərhələsində sahibkarlığın və xüsusi mülkiyyətçiliyin roluna verilən böyük qiymət iqtisadi cəhətdən inkişaf etmiş bir çox dövlətlərin uğurlu təcrübəsinə əsaslanır.

Prezident İlham Əliyev 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda ölkə iqtisadiyyatının davamlı inkişaf etdiyini bildirib: "Doqquz ay ərzində ölkə iqtisadiyyatına 16 milyard dollar sərmayə qoyulmuşdur. Bu, çox böyük rəqəmdir. Keçən ilə nisbətən daha da böyük rəqəmdir. Nəzərə alsaq ki, hər il təxminən bu səviyyədə investisiya qoyulur, görə bilərik ki, Azərbaycan iqtisadiyyatına nə qədər böyük sərmayə qoyulur. Sərmayələrin əsas hissəsi daxili investisiyalardır, təqribən 70 faizə yaxın. Qalan hissə isə xarici investorların vəsaitidir. Hesab edirəm ki, bu balans da ən optimaldır. Həm xarici investorlar üçün iqtisadiyyatımız cəlbedici iqtisadiyyatdır, eyni zamanda daxili investisiyalar ilk növbədə onu göstərir ki, dövlətin investisiya siyasəti çox uğurludur. Çünki daxili investisiyaların böyük əksəriyyəti dövlət xətti ilə qoyulan vəsaitdir. Eyni zamanda özəl sektor da bu investisiya layihələrində uğurla iştirak edir. Özəl sektorun - həm yerli, həm xarici biznes cəmiyyətinin Azərbaycan iqtisadiyyatına böyük inamı vardır. Əgər bu inam olmasaydı, əlbəttə, bu qədər investisiya qoyulmazdı".   

İnsan amilini əsas tutan sosialyönümlü iqtisadi siyasət nəticəsində son illər Azərbaycanda işsizliyin səviyyəsində də nəzərəçarpacaq dərəcədə azalma müşahidə olunur. Qeyri-neft sektorunun və sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması istiqamətində həyata keçirilən sistemli tədbirlər əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eləcə də ölkənin məşğulluq strategiyasının səmərəliliyinə imkan verir. Qeyri-neft sektorunun davamlı və dinamik inkişafı ölkədə işsizlik probleminin həllinə imkan vermişdir. Ölkədə məşğulluq səviyyəsi 95 faiz təşkil edir. 2008-ci ilin əvvəlindən 430 mindən çox yeni iş yeri yaradılmışdır. Təkcə cari ilin 9 ayında 94 min yeni iş yeri açılmışdır.

Modernləşmə istiqamətində inamlı tədbirlər həyata keçirən Azərbaycanda hazırda milli ideya səviyyəsində nəzərdən keçirilən məqsədlərdən biri də məhz respublikanın orta inkişaf etmiş ölkələr səviyyəsindən yüksək inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılmasıdır. Bu məqsədin gerçəkləşdirilməsi üçün 2020-ci ilədək ümumi daxili məhsulun azı 2 dəfəyədək artırılması mühüm vəzifə kimi müəyyənləşdirilmişdir. Respublikanın ilbəil genişlənən maliyyə imkanları isə bu məqsədin reallaşmasına xidmət edən islahatları keyfiyyətcə yeni mərhələdə də yüksək dinamizmlə davam etdirməyə imkan verir. Aparılan uğurlu siyasət nəticəsində Azərbaycan iqtisadi, siyasi, hərbi cəhətdən Cənubi Qafqazın lider dövlətinə çevrilmişdir. Nüfuzlu beynəlxalq reytinq agentlikləri və qurumları da bunu etiraf etməkdədirlər. Azərbaycanın artan iqtisadi gücü qarşısında işğalçı Ermənistan gündən-günə zəifləyərək səfillər ölkəsinə çevrilməkdədir. Azərbaycanın bütün sahələrdə qazandığı yüksək nailiyyətlər işğalçı Ermənistanda böyük üzüntü və qısqanclıqla qarşılanır. Prezident İlham Əliyev 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda bildirib: "Bizim hər bir qələbəmiz Ermənistanın faciəsidir. Hər bir uğurumuz onların məyusluğudur. Bizim uğurlarımız hələ çox olacaqdır. Ən böyük uğur o vaxt olacaqdır ki, Azərbaycan bayrağı Şuşada və Xankəndidə dalğalanacaqdır. Mən buna əminəm, buna şübhə etmirəm. Hər birimiz, hər bir vətəndaş o tarixi günü öz işi ilə yaxşılaşdırmalıdır".   

Prezident İlham Əliyevin verdiyi bütün vədlər əməli fəaliyyətə, real siyasətə əsaslanmış, milli maraq və mənafeləri maksimum dərəcədə özündə ehtiva etmişdir. Fundamental elmi əsaslara söykənən bu siyasətin qarşıdakı illərdə də uğurla davam etdirilməsi vətəndaşları qayğılandıran bütün problemlərin aradan qalxmasına, xalqın yaşayış səviyyəsinin daha da yüksəlməsinə real imkanlar yaradacaqdır.

 

 

 Cavanşir ABDÜLƏZİMOV,

"Bakısənayetikintitəchizat" MMC-nin sədri

 

Azərbaycan.-2012.- 16 oktyabr.- S. 8.