Dubay hökumətinin «Əl-Bəyan»
qəzetində dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan
Prezidenti vəzifəsinə seçilməsinin 9-cu
ildönümü münasibətilə məqalə dərc
olunmuşdur
Dubay
hökumətinin "Əl-Bəyan" qəzetinin 15 oktyabr
tarixli nömrəsində Birləşmiş Ərəb Əmirliyində
fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyətinin
dövlətimizin başçısı İlham Əliyevin
Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə
seçilməsinin 9-cu ildönümü münasibətilə
təşkil etdiyi mərasimdə söylənilən fikirlər
əsasında məqalə dərc olunmuşdur.
Cəmiyyətin mətbuat xidmətindən
AzərTAc-a bildirmişlər ki, "Azərbaycan İlham Əliyevin
Prezident seçilməsinin doqquzuncu ilini bayram edir və
Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının
görüşləri keçiriləcəkdir" sərlövhəli
məqalədə ölkəmizin paytaxtının bu günlərdə
çox mühüm tədbirlər çərçivəsində
təntənəli mərasimlərə ev sahibliyi edəcəyi
vurğulanmışdır. Yazıda qeyd olunmuşdur ki, Azərbaycan
bu gün Prezident İlham Əliyevin bu vəzifəyə
seçilməsinin doqquzuncu ildönümünü qeyd edir və
onun rəhbərliyi altında son onilliyin böyük nailiyyətlərini
xalq dilə gətirəcəkdir. Azərbaycan rəhbərliyinin
təşkilatçılığı və təşəbbüsü
ilə oktyabrın 16-da işə başlayacaq İqtisadi Əməkdaşlıq
Təşkilatının iclaslarında iştirak etmək
üçün müxtəlif ölkələrin liderlərinin
səfərləri başlamışdır. Azərbaycan rəhbərliyi
bu tədbirlərdə qazandığı uğurları
nümayiş etdirəcəkdir.
Bildirilmişdir ki, İqtisadi Əməkdaşlıq
Təşkilatının Bakıda keçiriləcək zirvə
toplantısı quruma üzv ölkələrin dövlət
və hökumət başçılarının iki ildən
bir keçirilən 12-ci iclası olacaqdır. Bu sessiyaya Azərbaycan
sədrlik edəcəkdir. Təşkilata İran, Türkiyə,
Pakistan, Əfqanıstan, Azərbaycan, Qazaxıstan,
Qırğızıstan, Tacikistan, Türkmənistan və
Özbəkistan üzvdürlər. Eyni zamanda, bu ay Azərbaycan
paytaxtında ikinci böyük forum keçirilmişdir. Belə
ki oktyabrın 4-5-də İkinci Bakı Beynəlxalq Humanitar
Forumunun keçirilməsi XXI əsrdə bəşəriyyətin
üzləşdiyi qlobal çağırışlara həm
elmi və siyasi təyinatı olan cavablar axtarmaq məqsədi
daşıyırdı.
Cəmiyyətin sədri Samir İmanovun
fikirlərinin də yer aldığı qəzetdə
vurğulanmışdır ki, bu gün Azərbaycan İlham Əliyevin
Prezident seçilməsinin doqquzuncu ilini qeyd edir. Azərbaycan
Prezident İlham Əliyevin rəhbərliyi altında iqtisadi cəhətdən
dünyada ən sürətlə inkişaf etmiş ölkəyə
çevrilmiş, həyatın müxtəlif sahələrində
son illərdə böyük uğurlar əldə
edilmişdir. Xüsusilə, iqtisadi sahədə son doqquz ildə
Azərbaycan dünya iqtisadiyyatında ən yüksək
göstəricilərə malikdir. Ötən doqquz il ərzində
ümumi daxili məhsul təxminən üç dəfə
artmışdır.
"Əl-Bəyan"
qəzetinin əməkdaşına təqdim edilən bəyanatda
bildirilmişdir ki, Azərbaycan
2013-cü ildə də eyni
uğurların şahidi olacaqdır. Nə qədər ki, Prezident İlham Əliyev
ölkəyə rəhbərlik edəcəkdir, dövlətimizin
Azərbaycanın hər bir vətəndaşı
və ailəsi üçün gördüyü böyük
işlər də o vaxta
qədər davam edəcəkdir.
Məqalənin tam mətni ilə bu
ünvan vasitəsilə tanış olmaq mümkündür:
http://www.albayan.ae/one-world/overseas/2012-10-15-1.1747533
Azərbaycan.-2012.-
16 oktyabr.- S. 10.