Teatrşünaslar üçün dəyərli elmi mənbə

 

Geniş elmiictimai auditoriyaya təqdim olunan nəşrlərin sırasına daha biri əlavə  olunub.

Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, fəlsəfə elmləri doktoru, professor Aydın Dadaşovun AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu Elmi Şurasının qərarı ilə "Elm və təhsil" nəşriyyatında çap edilən "Müasir Azərbaycan dramaturgiyası" adlı monoqrafiyası da bu qəbildəndir. Mədəniyyət və Turizm Nazirliyinin nəşr etdirdiyi monoqrafiyanın elmi redaktoru mərhum akademik Bəkir Nəbiyev, rəyçiləri isə filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə və filologiya elemləri doktoru, professor Həsən Quliyevdir.

Monoqrafiyada müstəqillik dövründə ərsəyə  gələn və əsasən tamaşaya qoyulan pyeslər struktur, üslub və janr istiqamətlərində sistemləşdirilərək nəzəri baxımdan tədqiqata cəlb olunub. Kitab mütəxəssis, tələbə və teatrsevərlərlə yanaşı,  teatr rejissorları üçün təhlilə cəlb edilən əsərlərin gələcək səhnə yozumunda da dəyərli elmi mənbə sayıla bilər.

 

 

Azərbaycan.-2012.- 16 oktyabr.- S. 10.