Azərbaycan Prezidenti İlham Əliyevin və Pakistan Prezidenti Asif Əli Zərdarinin görüşü
olmuşdur
Oktyabrın
16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
və Pakistan İslam Respublikasının Prezidenti Asif Əli
Zərdarinin görüşü olmuşdur.
Görüşdə İqtisadi Əməkdaşlıq
Təşkilatının Bakıda keçirilən XII zirvə
toplantısının region ölkələri arasında əməkdaşlığın
bundan sonra da inkişafına töhfə verəcəyinə əminlik
bildirildi. İkitərəfli münasibətlərimizin
uğurlu inkişafından məmnunluq ifadə edildi, əlaqələrimizin
daha da genişləndirilməsi üçün yaxşı
perspektivlərin olduğu bildirildi və bu istiqamətdə
birgə fəaliyyətin zəruriliyi vurğulandı.
Bir sıra sahələrdə birgə
layihələrin həyata keçirilməsinin vacibliyinin
vurğulandığı görüşdə kənd təsərrüfatı
və bank sektorlarında əməkdaşlığın
inkişaf etdirilməsi istiqamətində səylərin davam
etdirilməsinin əhəmiyyəti qeyd olundu. İkitərəfli
münasibətlərimizin bundan sonra da möhkəmlənəcəyinə
əminlik ifadə edildi.
AzərTAc
Azərbaycan.-2012.-
17 oktyabr.- S.3.