Azərbaycan Prezidenti
İlham Əliyevin və Türkiyənin
Baş naziri Rəcəb
Tayyib Ərdoğanın görüşü
Oktyabrın 16-da Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin və
Türkiyə Respublikasının Baş naziri Rəcəb
Tayyib Ərdoğanın görüşü olmuşdur.
Görüşdə İqtisadi Əməkdaşlıq
Təşkilatının Bakıda keçirilən zirvə
toplantısının əhəmiyyəti qeyd edildi. Ölkələrimiz
arasında dostluq və qardaşlıq münasibətlərinin
siyasi, iqtisadi və bütün digər sahələrdə
uğurlu inkişafından məmnunluq ifadə edildi. Azərbaycan
ilə Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin
bundan sonra da genişlənəcəyinə əminlik ifadə
olundu.
AzərTAc
Azərbaycan.-2012.-
17 oktyabr.- S.3.